Məhkəmə qərarları › İş №3(006)-1705/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1705/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1705/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1973-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən 10 may 2022-ci il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində narkotik vasitələrin əldə edilməsi və qəbulunda şübhəli olduğu üçün saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.050 qram olan narkotik vasitə heroin aşkar edilmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 izahatında bildirmişdir ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və keçirilən baxış zamanı üzərindən 0,050 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmin narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından az olduğu üçün cinayət işinin başlanması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X7 Ambulator X1 10.05.2342 №-li rəyinə əsasən Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, o, taksi sürücüsüdür. Ailəlidir və övladı var. Qarabağ müharibəsi veteranıdır. Uşağı aşağı qiymət aldığı üçün qanı qaralmış və bu səbəbdən az miqdarda narkotik vasitə qəbul etmək istəmişdir. Lakin polis əməkdaşları tərəfindən 09 may 2022-ci il tarixdə saat 01:45 radələrində saxlanılmışdır. Evli olmasını və uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində saxlanılmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.050 qram olan narkotik vasitə heroin aşkar edilmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 ambulator X1 10.05.2022-ci il tarixli 2342 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Şəxs şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması onun özünün səmimi etirafı və məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmağını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs müddətinin əvvəli Şəxs faktiki saxlanıldığı 09 may 2022-ci il tarixdən, saat 01:45-dən hesablanmalıdır. Məhkəmə həmçinin, iş üzrə Ambulator X1 rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 may 2022-ci il tarixdən, saat 01:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X5 Saxlanılma Məntəqəsinə təhvil verilməsi Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar