Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1713/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu tərtib etmiş şəxs: Nəqliyyatında Polis İdarəsinin İTŞ-nin inspektoru X8 oğlunun Zərər çəkmiş şəxs: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi, döngə 02, ev 04, mənzil 13-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 18 aprel 2024-cü il tarixdə X2 qarşı xırda xuiqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəqliyyatda Baş Polis İdarəsinin X11 Polis İdarəsinin İTŞ-nin inspektoru X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-nin Bakı yük daşıma stansiyasının rəisi X2 qarşı ictimai yerdə nalayiq ifadələr işlətmiş, onun iş yerinə gələcəyini və orada özünü kəsərək xəsarət yetirəcəyini bildirmişdir. Bundan sonra C.Qaraxanov bu barədə “102” xidmətinə müraciət etdikdən sonra araşdırma başlanılmışdır. Araşdırmanın yekunu olaraq xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərar qəbul olunmuş və Məmmədov X9 Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə inzibati xəta haqqında icraatın başlanılması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Bununla bağlı Şəxs istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng vurularaq o, idarəyə dəvət olunmuşdur. Lakin Şəxs bundan imtina etmişdir. Onun idarəyə gətirilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq o, xx.xx.2024-cü il tarixdə, saat 11:15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən çayxanada polis əməkdaşları tərəfindən saxlanılan zamanı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. Buna görə də polis əməkdaşları fiziki güc tətbiq edərək onu X11 Polis İdarəsinə gətirmişlər. Eyni zamanda, Şəxs cari ilin yanvar ayında eyni hərəkətə yol verdiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri üzrə məsuliyyətə cəlb edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 2020-ci il tarixdə Bakı yük daşıma stansiyasında çilingər kimi işə başlamış və 2022-ci il tarixdə haqsız olaraq onu qadın iş yoldaşı ilə münasibətdə olmasına görə şərləyərək müdiriyyətin təkidi ilə öz xahişi ilə işdən azad olunmuşdur. O, işdən çıxdıqdan sonra mütəmadi olaraq ora gedib-gəlmiş, hətta bəzi işlərin görülməsində köməklik etmişdir. Daha sonra orada qurumun rəhbəri Ceyhun Qaraxanovun qadın işçini danladığının şahidi olmuşdur. O, bundan narahatlıq hissi keçirdiyi üçün Ceyhun Qaraxanovu nalayiq ifadələrlə təhqir etmişdir. Barəsində qəbul ediləcək qərara heç bir etirazı yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, o, "xxxx" QSC-nin Bakı yük daşıma stansiyasının rəisi vəzifəsində işləyir. Əvvəllər orada çilingər işləyən Şəxs işdə davamiyyətsizlik və qeyri-etik davranışlarına görə şiddətli töhmət verilmiş, sonuncu da işdə etdiyi xətaları səmimi qəbul edərək öz xahişi ilə işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir. Lakin işdən azad edildikdən sonra Emin dəfələrlə stansiya ərazisinə icazəsiz daxil olaraq orada işləyən işçilərə qarşı nalayiq ifadələr işlətmiş, stansiyanın iş rejimini pozmuşdur. Bundan sonra Eminə stansiya ərazisinə gəlməməsi bildirilsə də, sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, xx.xx.2024-cü il tarixdə orada ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş, daha sonra “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq onu görüşə çağırmış, stansiya ərazisinə yenidən gələrək özünü doğrayacağını və ona xəsarət yetirəcəyini bildirmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmədə Nəqliyyatda Baş Polis İdarəsinin X11 Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili X7 şahid qismində izahatında bildirdi ki, Şəxsnin idarəyə gətirilməsi ilə bağlı verilmiş tapşırığın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, saat 11:15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən çayxanada o, saxlanılaraq idarəyə dəvət edilən zaman onların qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. Buna görə də o, əməliyyat müvəkkili Ramin Zaitovla birlikdə Şəxs qarşı fiziki güc tətbiq edərək onu idarəyə gətirmişlər. Eyni zamanda Şəxs polisin və Bakı yük daşıma stansiyasının iş rejiminə mane olur, onun “102” xidmətinə 60-a yaxın müraciəti daxil olmuşdur. Bununla bağlı ondan dəfələrlə iltizamlar alınmış, bu əməllərinə son qoyması tələb edilmiş, lakin Şəxs öz qanunsuz hərəkətlərinə davam etmiş, özünü yandıracağını bildirmiş, hətta idarənin qarşısında özünə xəsarət yetirməyə cəhd etmiş və ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq göstərərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Nəqliyyatda Baş Polis İdarəsinin X11 Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili X13 şahid X5 izahatına uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(006)-501/2024 saylı qərarına əsasən Məmmədov X9 Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri üzrə təqsirli bilinərək ona 15 gün həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə onun tərəfindən eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə müvafiq olaraq onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 may 2024-cü il tarixdə, saat 13:40-dan hesablansın. Qərarın icrası Nəqliyyatda Baş Polis İdarəsinin X11 Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1713/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1713/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver