Məhkəmə qərarları › İş №3(006)-1714/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1714/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1714/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq müəyyən etdi̇ : Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 11.05.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və ona 01 №-li əlavənin məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2(006)- 2414/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 3139 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 09.12.2014-cü il tarixli, 2(006)-6414/2014 nömrəli icra vərəqəsinə əsasən X9, X5 və Şəxs müştərək qaydada 5402,98 manat və 30 manat dövlət rüsumu pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Abşeron rayon Məhkəməsinin 16.03.2017-ci il tarixli, 2(012)-8876/2016 saylı icra vərəqəsinə əsasən X6, X1 və Şəxs 5813,38 ABŞ dolları və 30 manat dövlət rüsumu pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2(103)-7259/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 2318,24 ABŞ dolları və 30 manat dövlət rüsumu pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli, 2(006)- 1288/2018 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2441,31 ABŞ dolları və 30 manat dövlət rüsumu pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 10.10.2017-ci il tarixli, 2(006)-6288/2017 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2059,29 manat və 30 manat dövlət rüsumu pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin Şəxs icra sənədləri üzrə borclarının icrasını təmin etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hazırda icraatında Şəxs ilə bağlı 6 ədəd icra sənədi vardır və heç biri icra olunmamışdır. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, o, öz adına olan borcundan 2.000 manat ödəniş etmişdir. Zamin olduğu borclarla isə maraqlanmamışdır. Sonuncu dəfə 2016-cı ildə ödəniş etmişdir. Hazırda işləmədiyi üçün ödəniş edə bilmir. Himayəsində 2 azyaşlı uşağı vardır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 2(006)-2414/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 3329 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-8876/2016 saylı, 16.03.2017-ci il tarixli icra sənədinə əsasən X11, X3 və Şəxs 5813,38 ABŞ dolları və 30 manat dövlət rüsumu pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 09.12.2014-cü il tarixli, 2(006)-6414/2014 nömrəli icra vərəqəsinə əsasən X9, X5 və Şəxs müştərək qaydada 5402,98 manat və 30 manat dövlət rüsumu pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2(103)-7259/2018 nömrəli icra vərəqəsinə əsasən Şəxs 2318,24 ABŞ dolları və 30 manat dövlət rüsumu pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında 11.05.2022-ci il tarixli qərardan görünür ki, 194035/2020, 106958/2017, 60288/2015, 221850/2018, 300791/2017 və 121210/2018 saylı icra işləri üzrə borclu eyni şəxs - Şəxs olduğundan borclu barəsində bütün icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İcraata başlamaq haqqında qərarların surətindən görünür ki, icra sənədlərinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs Nəsimi Rayon İcra Şöbəsinə verdiyi izahatdan görünür ki, o, icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi kimi işsiz olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğlərinin məhkəmə qərarlarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borclarının ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 may 2022-ci il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Nəsimi rayon İcra şöbəsinə, Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar