Məhkəmə qərarları › İş №3(006)-1715/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1715/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1715/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Məmmədova (Mehrabova) Takhmina Vüqar qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-932/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1626/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8534 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4410/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 07 may 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-932/2023-029 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 765/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1626/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8534 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4410/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri borclu Şəxs tərəfindən icra olunmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola 01 nömrəli Əlavədən görünür ki, Nəsimi rayon məhkəməsinin 2(006)-765/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment Mehrabova Takhmina ödənilməlidir. Nəsimi rayon məhkəməsinin 2(006)-932/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 5.832 manat 22 qəpik məbləğində dəymiş zərər cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Nəsimi rayon məhkəməsinin 2(006)-1626/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" ASC xeyrinə 2190.22 manat pul ödənilməlidir. Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-8534 saylı xx.xx.2023-c il tarixli icra qeydinə əsasən Şəxs 130 manat pul alınaraq "xxxx"MMC-yə ödənilməlidir. Nəsimi rayon məhkəməsinin 2(006)-4410/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 5000 manat pul vəsaiti alınaraq X5 ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-765/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment X3 verilməlidir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)-932/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 5832.22 manat məbləğində dəymiş zərər cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1626/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 2190.22 manat məbləğində pul cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin 54 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən 130 manat pul alınanaq "xxxx" MMC-yəödənilməlidir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 44102/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 5000 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs X4 xeyrinə tutulmalıdır. Həmin icra sənədləri icraata daxil olduqdan sonra icraata başlanılmasına dair qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borcluya xəbərdarlıq məktubu göndərilmişdir. Borclu görülmüş tədbirlərə baxmayaraq icra ödənişlərindən yayınmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun icra sənədlərində xəbəri vardır. Bu yaxınlarda işə düzəlib. Fərdi qaydada mühasib işləyir. Aylıq qazancı ***-**** manat arası olur. Aliment borcu üzrə 240 manat ödəniş etmiş, qalan borcunu da valideynlərinin köməkliyi ilə tez bir zamanda ödəyəcəkdir. Ailə daxili problemləri olmuş, qardaşında da ağır xəstəlik olmuş, digər borcları da onun müalicəsi üçün almışdır. Həmin borclarını da işləyərək ödəyəcəyinə söz verir. Onun barəsində hal-hazırda həbs seçilərsə, hazırki işindən də olacaq və gələcəkdə hər hansı bir ödəniş edə bilməyəcək. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar Məmmədova (Mehrabova) Takhmina Vüqar qızı izahatında göstərmişdir ki, icra sənədinin tam icra edilməsini tələb edir. Artıq xeyli vaxtdır qətnamə borclu tərəfindən icra olunmur. Sonda tələbkar Məmmədova (Mehrabova) Takhmina Vüqar qızı, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxsnın yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən edilmişdir: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Mehrabova Təhminə ilə Şəxs arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2923 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş, xx.xx.2018-ci il təvəllüdlü X7 anası Mehrabova Təhminənin yanında qalması, Şəxs 22 noyabr 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mehrabova Təhminəyə ödənilməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-765/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh Şəxs arasında bağlanmış 03 iyul 2018-ci il tarixli GW-1014 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsinin 1 saylı Əlavəsinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin 2 aylıq məbləği - 1.190 manat 22 qəpik; 100 manat dəbbə pulu; inzibati xətalara görə ödənilmiş 3.450 manat cərimə; 407 manat dayanacaq xərcləri; hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 600 manat xidmət haqqı və ödənilmiş 85 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.832 manat 22 qəpik məbləğində dəymiş zərər cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-932/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Şəxs 1865.14 (min səkkiz yüz altmış beş manat on dörd qəpik) manat əsas; 283.24 (iki yüz səksən üç manat iyirmi dörd qəpik) manat faiz; cəmi 2148.38 (iki min yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 41.48 (qırx bir manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1626/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8534 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs cəmi 140 manat məbləğində pul vəsaiti tutularaq tələbkar AZPUL MMC-nin xeyrinə ödənilməlidir. - İcra qeydinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-8534 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4410/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 4900 manat məbləğində pul vəsaitinin və 100 manat dövlət rüsumunun tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. - İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4410/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxsnın hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və tələbkarın izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar