Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1718/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 qızının katibliyi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Əhmədov Rövşən Arif oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, İİ qrup əlil, məcburi köçkün Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcravə Probasiya şöbəsinin böyük icra məmuru Əhmədov Rövşən Arif oğlu tərəfindən xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5220/ 18 saylı icra sənədi üzrə Şəxs 32.000 manat və 30 manat tutularaq X2 xeyrinə tutulmalıdır. Lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi qeyd olunan borcun ödənilməsini qərəzli olaraq təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru R.A.Əhmədov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs aylıq əmək haqqısı 300 manatdır, lakin sonuncunun əlavə gəlirləri mövcuddur. Belə ki, Şəxs borcundan hər ay 500-600 manat verəcəyini ona demiş, buna baxmayaraq hər ay həmin məbləği ödəməmişdir. Belə ki, borclu Şəxs Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilmiş, daha sonra Apellyasiya məhkəməsi Yasamal Rayon Məhkəməsininin qərarını borclunun xeyrinə dəyişmiş, bundan sonra həmin işlə bağlı kassasiya şikayəti verilmişdir. Hazırda işə Ali Məhkəmədə baxılır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa məhkəmə iclasında verilmiş suallara icra məmuru R.A.Əhmədov cavab olaraq bildirmişdir ki, borclu Şəxs bütün çağırışlara vaxtlı-vaxtında gəlmiş, heç vaxt yayınmamış, zərərçəkmiş şəxsə borcunu hissə-hissə ödənilməsinə təklif etsə də, zərərçəkmiş şəxs bununla razılaşmamış və borcun hissə-hissə ödənilməsinə və əvvəlkinin aylıq əmək haqqına yönəldilməsinə razı olmamışdir. Həmçinin Şəxs ikinci qrup əlildir, şəhid ailəsi olmaqla yanaşı məcburi köçkündür, himayəsində iki övladı və yaşlı anası vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, dəfələrlə icra şöbəsində olmuş, çağırışlara vaxtlı-vaxtında gəlmiş, zərərçəkmiş şəxsə aylıq 500-600 manat məbləğində pul verməyi təklif etməsinə baxmayaraq zərərçəkmiş şəxs pulu hissə-hissə ödəməsinə razı olmamışdır. Bundan başqa, o, ikinci qrup əlil olmasını, şəhid ailəsi olmaqla məcburi köçkün, himayəsində iki övladının və yaşlı anasının olmasını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(103)-5220/2018 saylı icra vərəqəsindən görünür ki, qarşılıqlı iddia təmin edilərək cavabdeh Şəxs iddiaçı N.Q.Kazımovun xeyrinə 32.000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutulsun. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs 32.000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar N.Q.Kazımovun xeyrinə ödənilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxxxxxx 2018-ci il tarixli bildiriş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(103)-5220/2018 saylı icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmış və həmin bildiriş borclu Şəxs tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan ayrı-ayrı qurumlara verilmiş sorğuların cavablarına əsasən müəyyən edilir ki, Şəxs adına hər-hansı daşınar və ya daşınmaz əmlak və bank hesabı aşkar edilməmişdir. İş materiallarında olan icra məmurları tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, tələbin icrası ilə əlaqədar borclu Şəxs icra sənədində qeyd olunan ünvanı ünvan 2 ünvanına icra məmurları getmiş və tərəflərindən həmin ünvanın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2018-ci il tarixli, 2(103)-5220/2018 saylı icra vərəqəsinə əsasən sənəddə göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. İş materiallarında olan borclu Şəxs tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizənin surətindən görünür ki, hal-hazırda Bakı şəhəri Yasamal rayon məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə yuxarıda qeyd olunan mübahisənin cinayət işinə baxılmasını, eyni zamanda Bakı Apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti hazırlanıb və baxılması üçün Ali məhkəməyə göndərilməsi ilə bağlı məlumat vermişdir. İş materiallarında olan AZ-İ seriyalı, 120656 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ilə X5 arasında nikah xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış, nikahdan sonra ərə Mirturabov, arvada isə Mirturabova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, 11438103 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Şəxs, anası L.Şəxsdır. İş materiallarında olan AZE seriyalı, 11438102 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Şəxs, anası L.Şəxsdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, Şəxs Binəqədi rayonu, C.Xəndan 50 ünvanında yerləşən “Meşəbəyi” restoranında aşbaz vəzifəsində çalışır və onun aylıq əmək haqqı 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 8(006)-313/2019 saylı qərarının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayonu, 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X1 verilmiş xx xxxxxx 2020-ci il tarixli, 2473 nömrəli arayışın surətindən görünür ki, ünvan 4 mənzil 44 ünvanında müvəqqəti məskunlaşmış, Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri Şəxs, L.Şəxs, Z.Şəxs və N.Şəxsdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, 118572 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs məcburi köçkündür. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Z.Ş.Mirturabova xx xxxx 2001-ci il tarixdə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyində şəhid ailəsi kimi həmin tarixdə qeydiyyata alınmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(103)-5220/ 18 saylı icra sənədi üzrə Şəxs 32.000 manat və 30 manat tutularaq N.Q.Kazımovun xeyrinə tutulmalıdır. İcra sənədi üzrə xx xxxxxxxx 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu icra sənədini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı cavabdeh Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinəəsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ikinci qrup əlil, şəhid ailəsi olmaqla yanaşı məcburi köçkün, himayəsində iki övladı və yaşlı anasının olmasını, onun əmlak vəziyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1718/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1718/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver