Məhkəmə qərarları › İş №3(006)-1718/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1718/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1718/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Şəxs tərəfindən 2023-cü ilin (illik) 1-investisiya (əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında) rəsmi statistika forması üzrə hesabatı natamam və təhrifetmə ilə təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, 2023-cü ilin oktyabr ayında verilən layihə üzrə hesabat 8 bina üzrə verilmiş, lakin sonradan faktiki olaraq 4 binanın istismara yararlı olaraq təhvil verilməsi mümkün olmuşdur. Lakin əvvəlcədən verilmiş hesabatlar üzrə yalnışlıq olduqda yeni hesabatları statistika idarəsinə təqdim edərək yalnışlığın aradan qaldırılmasını təmin edirlər. Buna baxmayaraq, yeni hesabatları statistika idarəsinə təqdim etsələr də, həmn hesabatlar səbəbi məlum olmadan qəbul edilməmiş, hətta Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin səlahiyyətli nümayəndəsi X3 verdiyi izahatında bildirdi ki, Şəxs tərəfindən 2023-cü ilin (illik) 1-investisiya (əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında) rəsmi statistika forması üzrə hesabatı natamam və təhrifetmə ilə təqdim edilmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayında Şəxs tərəfindən verilmiş hesabatdakı rəqəmlər, sonradan təqdim edilmiş hesbatlardakı rəqəmlərlə uyğunluq təşkil etməmişdir. Məlum olmuşdur ki, ilkin hesabat üzrə sahə 91592,5 və mənzillərin sayı 815 göstərilsə də, sonrakı hesabatlarda sahə 49933,3 və məzillərin sayı isə 397 olaraq göstərilmişdir. Göründüyü kimi, təqdim edilmiş hesabatlarda ciddi rəqəm fərqləri mövcud olmuş, buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, Şəxs tərəfindən sonradan təqdim edilmiş hesabat müəyyən edilmiş vaxt müddəti ötürülməklə təqdim edildiyindən həmin hesabatları yalnışlığın düzəldilməsi kimi qiymətləndirmək mümkün olmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək müvafiq qərarın qəbul edilməsini xahiş etdi. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs hüquqi ünvanı ünvan 1işdir ki, Şəxs tərəfindən 2023-cü ilin (illik) 1investisiya (əsas kapitala yönəldilmiş investisiyalar və əsas fondların istifadəyə verilməsi haqqında) rəsmi statistika forması üzrə hesabatı natamam və təhrifetmə ilə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2016-cı il tarixli 1/08 nömrəli Qərarı ilə təsdiq edilmiş 1-invest (xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqda) xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında rəsmi statistika hesabatına əsasən hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən hesabat dövründən sonra 20 gün ərzində Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar