Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1738/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07.04.2022-ci il tarixli qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07.04.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanuniliyi mübahisələndirilən 07.04.2022-ci il tarixli qərar təsərrüfat subyeti kimi Cəmiyyətin antiinhisar qanunvericiliyinin pozulmasından irəli gələn məsuliyyətini müəyyən edir, onun barəsində inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutmur. Bu səbəbdən də hesab edirəm ki, verilmiş şikayət aidiyyəti üzrə hazırkı məhkəmədə baxılmalı olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən icra hakimiyyəti orqanları, bazar subyektləri (onların vəzifəli şəxsləri) və vətəndaşlar, o cümlədən fərdi sahibkarlar, mövcud qanunvericiliyə uyğun olaraq antiinhisar orqanlarının antiinhisar qanunvericiliyinin pozulması haqqında işi mahiyyət üzrə həll edən qərarlarının və göstərişlərinin tam və ya qismən etibarsız sayılması, cərimə tətbiq edilməsi və maliyyə sanksiyaları tətbiq edilməsi haqqında qərarların ləğv edilməsi barədə ərizə ilə inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 132-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: "xxxx" MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş 07.04.2022-ci il tarixli qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1738/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1738/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver