Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1744/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin YNH üzrə baş inspektoru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 13.05.2022-ci il tarixdə, saat 00:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «KİA FORTE MİNİK» markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində hərəkətdə olan sürücü X3 idarə etdiyi «SKODA FABİA MİNİK» markalı, **- KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə toqquşmuş və nəticədə zərərçəkmiş şəxs X5 maddi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 13.05.2022-ci il tarixdə saat 00:20 radələrində icarə əsasında idarə edilmiş «KİA FORTE MİNİK» markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində hərəkətdə olan zaman işıqforun sarı işığından keçmək istəmişdir. Lakin həmin vaxt işıqforun qırmızı işığının yanmasına fikir vermədiyi üçün yol kəsişməsində X3 idarə etdiyi «SKODA FABİA MİNİK» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə toqquşmuş və nəticədə zərərçəkmiş şəxs X5 maddi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını və etdiyi əməmldən səmimi peşman olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 13.05.2022-ci il tarixdə saat 00:20 radələrində idarə etdiyi «SKODA FABİA MİNİK» markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində hərəkətdə olarkən anidən «KİA FORTE MİNİK» markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamış, lakin ona məxsus avtomobil yoldan çıxaraq qarşıdakı ağaca dəymiş və nəticədə ona maddi zərər dəymişdir. Ona dəymiş zərər sığorta tərəfindən qarşılandığından Şəxs hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin YNH üzrə baş inspektoru X2 izahatında bildirdi ki, Şəxs 13.05.2022-ci il tarixdə, saat 00:20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «KİA FORTE MİNİK» markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində hərəkətdə olan sürücü X3 idarə etdiyi «SKODA FABİA MİNİK» markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə toqquşmuş və nəticədə zərərçəkmiş şəxs X5 maddi ziyanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən sonra tərəflərin izahatı alınmış və Şəxs barəsində qanuni və əsaslı protokol tərtib edilmişdir. İş materiallarında olan İXP ******* saylı, 16 may 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan DSMF Ağsu rayon şöbəsinin 023364 saylı vəsiqəsinin surətindən görünür ki, Şəxs 07 mart 2024-ci il tarixədək ikinci qrup əlilllik dərəcəsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin YNH üzrə baş inspektoru X2 tərəfindən tərtib edilmiş 16 may 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1744/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1744/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver