Məhkəmə qərarları › İş №3(006)-1746/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1746/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1746/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Cəlilabad rayonu, Ocağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs 23.04.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “X5” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini mişar daşı ilə sındırma yolu ilə avtomobilin salonundan 30 manat nağd pulu oğurlamış, bundan başqa, o, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “X4” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Hyundai” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsini sındıraraq avtomobilin salonunda olan 3 ədəd konsert biletini və qeydiyyat kitabçasını oğurlamış və vəkil mantiyasını yararsız hala salmaqla sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, ünvan 1 ünvanının arxasında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “X6” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq avtomobilin salonundan 400 manat nağd pulu və 60 manat dəyərində iki ədəd eynəyi oğurlamış, bundan başqa, o, ünvan 2 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Nissan Sunny” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonundan 40 manat dəyərində dərman preparatlarını oğurlamışdır. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs 23.04.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “X5” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini mişar daşı ilə sındırma yolu ilə avtomobilin salonundan 30 manat nağd pulu oğurlamış, bundan başqa, o, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “X4” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Hyundai” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsini sındıraraq avtomobilin salonunda olan 3 ədəd konsert biletini və qeydiyyat kitabçasını oğurlamış və vəkil mantiyasını yararsız hala salmaqla sonuncuya maddi ziyan vurmuş, bundan başqa, o, ünvan 1 ünvanının arxasında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “X6” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq avtomobilin salonundan 400 manat nağd pulu və 60 manat dəyərində iki ədəd eynəyi oğurlamış, bundan başqa, o, ünvan 2 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Nissan Sunny” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonundan 40 manat dəyərində dərman preparatlarını oğurlamışdır. Bundan sonra, aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 23.04.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində saxlanılmış “X5” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsini mişar daşı ilə sındıraraq avtomobilin salonundan 30 manat nağd pulu oğurlamış, bundan əlavə, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılmış nəzarətsiz vəziyyətdə olan “X4” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq avtomobilin salonuna baxsa da, dəyərli heç bir əşya və ya pul əldə edə bilməmiş, bundan əlavə, o, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində saxlanılmış nəzarətsiz vəziyyətdə olan “Hyundai” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsini sındıraraq avtomobilin salonuna baxsa da, dəyərli heç bir əşya və ya pul əldə edə bilməmiş, bundan əlavə, o, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində saxlanılmış nəzarətsiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön yan şüşəsini sındıraraq avtomobilin salonunda olan 3 ədəd konsert biletini və qeydiyyat kitabçasını oğurlamış, bundan əlavə, ünvan 1 ünvanının arxasında saxlanılmış nəzarətsiz vəziyyətdə olan “X6” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsini sındıraraq avtomobilin salonundan 400 manat nağd pulu və 60 manat dəyərində iki ədəd eynəyi oğurlamış, bundan əlavə, o, ünvan 2 ünvanında saxlanılmış nəzarətsiz vəziyyətdə olan “Nissan Sunny” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşəsini sındıraraq avtomobilin salonundan 40 manat dəyərində dərman preparatlarını oğurlamışdır. Bundan sonra zərərçəkmiş şəxslərin şikayətləri əsasında polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayaraq polis şöbəsinə gətirmişlər. Orada törətdiyi əməlləri etiraf edərək peşman olmuşdur. İzahatının sonunda barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verdiyi izahatında göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılmış ona məxsus “X4” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsinin sındırılaraq ona 200 manat məbləğində maddi ziyanın vurulmasını və bəzi sənədlərinin oğurlanmasını görüb DİN 102 zəng xidmətinə zəng etmiş və daha sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, 02 may 2022-ci il tarixdə ünvan 2 ünvanında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Nissan Sunny” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön yan şüşəsinin sındırılaraq ona 170 manat məbləğində maddi ziyanın vurulmasını, 40 manat məbləğində dərman preparatlarının və bəzi sənədlərinin oğurlanmasını görüb DİN 102 zəng xidmətinə zəng etmiş və daha sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etmişdir. Halhazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 verdiyi izahatında göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsində saxlanılmış ona məxsus “X5” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qapısının şüşəsinin sındırılaraq ona maddi ziyanın vurulmasını və 30 manat nağd pulunun oğurlanmasını görüb DİN 102 zəng xidmətinə zəng etmiş və daha sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 verdiyi izahatında göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində saxlanılmış ona məxsus “X5” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai” markalı, **- ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan tərəf şüşəsinin sındırılaraq ona 500 manat məbləğində maddi ziyanın vurulmasını görüb DİN 102 zəng xidmətinə zəng etmiş və daha sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 verdiyi izahatında göstərmişdir ki, 04 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində saxlanılmış ona məxsus “X5” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X6” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol şüşəsinin sındırılaraq ona 400 manat məbləğində maddi ziyanın vurulmasını və 60 manat dəyərində iki ədəd eynəyin oğurlanmasını görüb DİN 102 zəng xidmətinə zəng etmiş və daha sonra Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şəxs əməlini etiraf etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 14 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 may 2022-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, araşdırma aparılaraq, hadisəni törətmiş şəxs(lər)in əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, həmçinin hadisəni törətmiş şəxs(lər)in tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş 16 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsinə müvafiq olaraq ona 02 (iki) ay müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 14 may 2022-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar