Məhkəmə qərarları › İş №3(006)-1749/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1749/2021

07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1749/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlu, X1 Binəqədi Rayon Polis İdarəsinin 27 aprel 2021ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə bağlı şikayətinə baxılmağa hazırlanması zamanı məhkəmə, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun barəsində 02 ədəd protokol tərtib edilmiş, protokollardan biri 23.12.2020-ci ildə yazılmış, maska burnunun altında olduğu üçün cərimələnmiş və ona 50 manat cərimə olduğu bildirilmiş, sonradan aşkarlanmışdır ki, 100 manat dəyərində cərimə yazılıb bu protokola Nəsimi rayonu, 20-ci PB tərəfindən tətbiq olunmuş, 102 xidmətinə zəng edib şikayətini bildirdikdən sonra polis bölməsi onlarda belə protokolun olmadığını bildirmişdir (Protokol MN 1037871). Barəsində ikinci protokol isə Azadlıq metronun yanında tərtib edilmişdir. Binəqədi rayonun 5-ci bölməsi tərəfindən tətbiq olunub protokolun yazanın adı isə X2r. Protokol EXP 1032708, bu protokol isə 27.04.2021-ci il tarixində səhər saat 6:12-də qeydə alınıb, onun bu protokoldan xəbəri belə yoxdur. Bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalıdır. Belə ki, O.E.Abbasov ərizəsində nədən şikayət verməsini konkret olaraq göstərməmişdir. Ərizənin yuxarı hissəsində şikayətin “Nəsimi RPİ-nin 20-ci PB” olmasını, məzmun hissədə barəsində əsassız protokol tərtib edilərək müvafiq qərar qəbul edilməsini və tələb etdiyi görüntülərin ona təqdim edilməməsini qeyd etmiş, xahiş etdi hissəsində isə şikayətinə baxılmasını göstərmişdir. Belə olan halda O.E.Abbasovun şikayətinin Nəsimi RPİ-nin 20-ci PB, daha sonra Binəqədi RPİ-nin 5-ci PB-nin inspektorunun hərəkətlərindən (hərəkətsizliyindən), yoxsa inzibati xəta haqqında protokoldan və ya qərardan olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər O.E.Abbasov inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək istəmişdirsə həmin işin məhkəmə aidiyyəti İnizbati-İqtisadi Məhkəmələrin səlahiyyətindədir. İnzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermək istəmişdirsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamışdır. Şikayət inzibati xəta haqqında iş üzrə qərardan verilə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalı və həmçinin yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırdıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Binəqədi Rayon Polis İdarəsinin 27 aprel 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ ******* saylı qərarı ilə bağlı şikayəti geri qaytarılsın. Qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar