Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1750/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxsndə X3 əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq əmək şəraitinin təmin edilməsi ilə bağlı verilmiş icrası məcburi olan göstəriş yerinə yetirilməmiş, bununla da Şəxs tərəfindən İXM-in 539.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, X6 ilə B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli əmri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qətnamənin tələblərinə uyğun olaraq və müvafiq prosedurlara riayət edilərək Aysel Erdoğan işə bərpa edilmişdir. X12 əmək müqaviləsinin tərkib hissəsi olan “Klinik diaqnostik laboratoriya şöbəsinin talassemiyanın profilaktika bölməsi”nin müdirinin vəzifə təlimatına imza atmağa etiraz etmişdir. Belə olan halda, Aysel Erdoğanın tutduğu vəzifə üzrə əmək funksiyasının bir qisminin icra edilməsinə görə sistemə daxil olmaq üçün müvafiq şifrənin ona təqdim edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, vəzifə təlimatı imzalanmadığı halda sistem üzərində aparılan əməliyyatlara dair məsuliyyətin sübuta yetirilməsi mümkünsüzdür. Onlar məsələnin həlli ilə bağlı X5 Xidmətinə müraciət etmiş və hələ ki müfəttişlikdən müraciətlərinə cavab verilməmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Klinik diaqnostik laboratoriya şöbəsinin talassemiyanın profilaktika bölməsi”nin müdirinin xx.xx.2020-ci il tarixli vəzifə təlimatından görünür ki, Aysel Erdoğan həmin təlimatda “Mənə təqdim olunan vəzifə təlimatında göstərilən vəzifələri yerinə yetirməyə mərkəz tərəfindən şərait yaradılmadığı üçün bu vəzifə təlimatına qol çəkməkdən imtina edirəm” deyyə qeyd edərək təlimatı imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, X5 Xidmətinin Bakı şəhər İdarəsində müvafiq inzibati araşdırma natamam aparılmış, X3 Şəxs vəzifə təlimatını imzalamaqdan imtina etməsi nəzərə alınmadan hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X10 nümayəndəsinin izahatında göstərdiyi hallar üzrə araşdırma aparıldıqdan sonra istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı protokolu tərtib edən orqan tərəfindən hər hansı araşdırma aparılmadan və ya natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin baş verməsini sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar X5 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılsın. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1750/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1750/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver