Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1753/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11.05.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs idarə etdiyi “Toyota Prius” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 27.03.2022-ci il tarixdə ünvan 2 ünvanında hərəkət edərək “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq piyada olaraq yolu keçən Zərərçəkmiş şəxs İlyas oğlunu vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, İ.N.Hüseynzadə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. 27.03.2022-ci il tarixdə, saat 16:40 radələrində C.Məmmədquluzadə küçəsində “Toyota Prius” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən “Renault” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onu sıxışdırmağa başlamışdır. Daha sonra isə onun qarşısına keçərək avtomobilini saxlayıb aşağı düşmüş və ona tərəf gəlmişdir. O, avtomobilinin qapılarını bağlayıb yenidən hərəkətə başlamışdır. Lakin irəlidəki işıqforda dayanmaq məcburiyyətində qalmışdır. Zərərçəkmiş şəxs yenidən ona yaxınlaşaraq avtomobilin qapılarını açmaq istədikdə o, ondan uzaqlaşmasını istəmişdir. Lakin Zərərçəkmiş şəxs əsəbiləşərək avtomobilin sol yan və qabaq şüşələrini əli ilə sındırmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 300 manat maddi zərər dəymişdir. Zərərçəkmiş şəxs onun maşınına təpiklə vurduğu üçün ayağı əzilmişdir. O, Zərərçəkmiş şəxs yanına gedərək onunla maraqlanmışdır. Lakin maddi imkanı olmadığı üçün ona köməklik edə bilməmişdir. Göstərilənlərə əsasən, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ona xəsarət yetirdikdən sonra onunla maraqlanmamışdır. Hadisə zamanı ayağı əzilmişdir. O, Şəxs maşınının şüşəsini sındırsa da, dəymiş ziyanı ödəmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.04.2022-ci il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 27.03.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” minik markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 3 ünvanında yerləşən “Neptun” marketin qarşısında ehtiyatsızlıq nəticəsində piyada qismində olan Zərərçəkmiş şəxs İlyas oğlunun sol ayaq nahiyəsinə vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 28.03.2022-ci tarixli, 364 №-li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlyas oğlunun bədənində aşkar edilmiş xəsarət – sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan hematoma halında əzilməsi bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 27.03.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. A.İ.Muxtarovun bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sürücü Şəxs 27.03.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında hərəkət edərkən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq piyada olaraq yolu keçmək istəyən Zərərçəkmiş şəxs İlyas oğlunu vurmuş, nəticədə sonuncu yüngül bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1753/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1753/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver