Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1759/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 21-ci polis bölməsinin sahə inspektoru X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Astara rayonunun Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Astara rayonu, Pensər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X5 izahat verərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yol-patrul xidmətinin əməkdaşı X1 xidmətdə olarkən yol verdiyi qayda pozuntusuna görə “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və onun sürücü Şəxs müvafiq inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin, Şəxs buna etiraz edərək “102” xidmətinə zəng vuraraq şikayət etmiş, eyni zamanda polis əməkdaşını öz telefonu ilə çəkərək protokolu silməyəcəyi təqdirdə onun sosial şəbəkədə biyabır edəcəyini bildirmişdir. C.Əmirquliyev də ona protokoldan narazı qaldığı təqdirdə aiddiyəti üzrə şikayət edə biləcəyini söyləyib çəkiliş aparılmasının dayandırılmasını və hadisə yerindən getməməyi tələb etmiş, bu zaman Şəxs onunla mübahisə edərək polis əməkdaşının yaxasından tutaraq xüsusi geyim forması olan onun papağını başından çıxardaraq zədələmiş, habelə çiyinindəki poqonu cırmışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Bu gün səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yol-patrul xidmətinin əməkdaşı onu saxlayaraq taksi kimi fərqlənmə nişanından istifadə etmədiyi və dönərkən dönmə nişanını yandırmadığı bildirib barəsində protokol tərtib edəcəyini söyləmişdir. O isə polis əməkdaşına onu qanunsuz saxladığını, dönmə nişanından istifadə edərək döndüyünü bildirmişdir. Buna baxmayaraq barəsində protokol tərtib olunmuşdur. O da bundan “102” xidmətinə zəng vurub şikayət etmiş, eyni zamanda telefonu ilə polis əməkdaşının xidməti avtomobilinin şəkilini çəkmişdir ki, gələcəkdə polis əməkdaşının qanunsuz hərəkətindən şikayət edəcəyi halda avtomobilin nömrəsinin lazım olacaq. Polis əməkdaşı da ona fiziki güc tətbiq edərək kəmərindən tutub qolundan dartmış və telefondan şəkili silinməsini tələb etmişdir. Bu zaman o, əsəbləşmiş və polis əməkdaşının papağını alaraq telefonunun geri qaytarılmasını istəmiş, əks halda papağı verməyəcəyi bildirmişdir. Sonradan səhv etdiyini anlayıb papağı qaytarmış və ondan üzr istəmişdir. İlk dəfədir ki, belə bir hərəkətə yol verir. Himayəsində xəstə uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti Alayının yol-patrul xidməti inspektoru X1 izahat verərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və Bakıxanov küçələrinin kəsişməsində “Toyota Prius” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağa dönmə işıq göstəricisini yandırmadığı üçün onu saxlamışdır. Yoxlama zamanı sürücünün taksi fəaliyyəti göstərmək üçün fərqlənmə nişanının olmadığı müəyyən olunmuş və barəsində protokol tərtib olunacağı bildirilmişdir. Bu zaman sürücü onunla mübahisə etmiş, onun əsassız saxlanıldığını bildirərək “102” xidmətinə şikayət etmişdir. O da sürücü Şəxs narazı qaldığı halda aidiyyəti üzrə şikayət etmək hüququnun olduğunu söyləyib barəsində protokol tərtib etmişdir. Bundan sonra Şəxs telefonu ilə çəkiliş aparmağa başlayaraq onu sosial şəbəkələrdə biyabır edəcəyini bildirib protokolun silinməsini tələb etmişdir. O da ona irad bildirib çəkilişin dayandırılmasını və hadisə yerindən getməməyi tələb etsə də, sonuncu onun yaxasından yapışaraq başından papağını götürüb zədələmiş, çiynindəki poqonu cırmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə təqdim olunmuş materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1759/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1759/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver