Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1767/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Əhmədov Rövşən Arif oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küç., ev 13, mənzil 12-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1999/2014 saylı icra vərəqəsinə əsasən xx xxxx 2005-ci il təvəllüdlü X3 və xx xxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx xxx 2014-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Borclu üzərinə düşən vəzifələri vaxtı-vaxtında icra etməmiş, icra sənədi üzrə yaranmış 7.820 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında icra məmuru Əhmədov Rövşən Arif oğlu izahat verərək göstərdi ki, borclu Şəxs edilmiş xəbərdarlığa baxmayaraq o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1999/2014 saylı, habelə alimentin artırılmasına dair xx.xx.2019-cu il tarixli, 2(006)-1146/2019 saylı icra sənədləri üzrə müəyyən edilmiş aliment pulunu vaxtında ödəməmiş, bununla da onun 7.820 manat aliment borcu yaranmışdır. Eyni zamanda tələbkar təərəfindən verilən məlumata görə həmin borcdan 1.500 manat pul artıq ödənilib. Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, koronavirusla bağlı tətbiq edilmiş karantin rejimi ilə əlaqədar yaranmış aliment borcu üzrə ödənişlərin edilməsində çətinlikləri olsa da, aylıq aliment pulu ödəmiş, borcundan da 1.500 manat ödəniş həyata keçirmişdir. Qarşılıqlı razılığa əsasən yaxın müddət ərzində yaranmış borcunu bağlayacaq. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara aliment pulu ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1767/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1767/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver