Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1770/2020 05.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 İXP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə X1 Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X7 edilmiş müraciətə xx xxxx 2020-ci il tarixdə verilmiş cavab məktubundan qərar üzrə hüquqazidd hərəkətlərə yol verilməməsi şikayətçiyə bildirilmişdir. Həmin qərardan şikayətçinin məlumatlı olmasına baxmayaraq, tərəfindən vaxtında şikayət verilməmişdir. Həmin məktubun ona xx xxxx 2020-ci il tarixdə təqdim edilməsi şikayətdə göstərilsə də, şikayət vermə müddətinin üzürlü səbəblərdən ötürülməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 xx.xx.2020-ci il tarixli,İXP ******* saylı inzibati xəta barədə qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X6 qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1770/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1770/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver