Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1770/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/2021 saylı icra sənədinə əsasən Şəxs MMC-nin direktoru X4 ilə X3 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2021-ci il tarixli, 14 nömrəli əmr ləğv edilmiş, R.S.Hüseynzadə 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Şəxs MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilmiş və ona 03.11.2020-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş və 10 manat dövlət rüsumu Şəxs MMC-dən tutulub dövlət gəlirinə alınmışdır. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 03 iyun 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs MMC icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs MMC-nin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru N.H.İbişova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs MMC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 iyul 2021-ci il tarixli, 3(006)-1770/2021 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (13 iyul 2021-ci il tarixli reyestrin 14 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş 22 iyul 2021-ci il tarixli, 3(006)-1770/2021 saylı digər bildirişdən görünür ki, Şəxs MMC-nin rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (26 iyul 2021-ci il tarixli reyestrin 3 sıra nömrəsi ilə). İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)- 2163/21 saylı icra vərəqəsindən görünür ki, Şəxs MMC-nin direktoru X4 ilə X3 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2021-ci il tarixli, 14 nömrəli əmr ləğv edilmiş, R.S.Hüseynzadə 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Şəxs MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilmiş və ona 03.11.2020-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş və 10 manat dövlət rüsumu Şəxs MMC-dən tutulub dövlət gəlirinə alınmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Şöbəsinin 03 iyun 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə qərarın icrasına başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında 03 iyun 2021-ci il tarixli bildirişin surətindən görünür ki, həmin tarixli qərarla icraata başlanılmış Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/21 saylı icra sənədində göstərilən tələbin dərhal icra edilməsi Şəxs MMC-dən xahiş edilmiş, tələbin üzrsüz səbəbdən icra edilməsə icranın məcburi qaydada təmin ediləcəyi nəzərə çatdırılmışdır. İş materiallarında olan tələbkar R.S.Hüseynzadənin 08 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs MMC hələdə icra sənədi üzrə tələbi təmin etməmiş onu işə bərpa etməmiş və əmək haqqı ödənilməmişdir. Buna görə də, Şəxs MMC borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. İş materiallarında olan tələbkar Şəxs MMC-nin nümayəndəsi X1 23 iyun 2021-ci il tarixli izahatından görünür ki, R.S.Hüseynzadənin Şəxs MMC-yə qarşı işə bərpa tələbinə dair işi üzrə Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixdə aldıqlarını, 23 iyun 2021-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti verdiklərini bildirmiş, bunları nəzərə alaraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra şöbəsinin 23 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/21 saylı icra sənədinə əsasən sənəddə göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs MMC-yə xəbardarlıq edilmişdir. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin yerləşdiyi ünvan 1 ünvanına Nəsimi Rayon İcra şöbəsi tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol məlumat üçün göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-2163/2021saylı icra sənədinə əsasən Şəxs MMC-nin direktoru R.S.Rəhimov ilə R.S.Hüseynzadə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 03.11.2021-ci il tarixli, 14 nömrəli əmr ləğv edilmiş, R.S.Hüseynzadə 07.07.2020-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Şəxs MMC-də marketinq üzrə mütəxəssis vəzifəsinə bərpa edilmiş və ona 03.11.2020-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş və 10 manat dövlət rüsumu Şəxs MMC-dən tutulub dövlət gəlirinə alınmışdır. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 03 iyun 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs MMC icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Lakin borclu icra sənədini könüllü icra etməmiş, ümumilikdə tələbkar işə bərpa edilməmiş, həmçinin, icra məmurunun bildirişlərinin alınmasına baxmayaraq həmin bildiriş və xəbərdarlıqlara məhəl qoymamışdır. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən boyun qaçırması, nəticədə, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1770/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1770/2021
05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver