Məhkəmə qərarları › İş №3(006)-1779/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1779/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1779/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, maraqlı şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş V.H.İbadlı Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi H.A.Quliyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC V.H.İbadovu xx.xx.2022 xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla bağlı, V.H.İbadov X5 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət təqdim etmişdir. Araşdırma zamanı V.H.İbadovun izahatından həmin şirkətdə sürücü işlədiyi və “İSUZU” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022 – xx.xx.2023-cü il tarixlərdə xx.xx.2022-ci il tarixli 281 nömrəli yol vərəqəsi əsasında idarə etdiyi müəyyən edilmişdir. Evakuasiya xidmətlərinin göstərməsi Şəxs MMC-nin əsas fəalliyyət sahəsinə aiddir. Lakin MMC tərəfindən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmişdir. Şəxs MMC ilə V.H.İbadov arasında xx.xx.2022-ci il tarixli 215/22 nömrəli icarə müqaviləsindən və sözügedən yol vərəqəsinin tarixindən anlaşır ki, V.H.İbadov tərəfindən xx.xx.2022-ci il tarixdən işəgötürənin əsas fəaliyyət sahəsinə aid olan evakuasiya işləri (xidmətləri) həyata keçirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “EVAKUATOR.AZ” MMC-nin nümayəndəsi T.Ç.Çələbiyev tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ləvğ edilməlidir. Belə ki, V.H.İbadlı xx.xx.2023-cü il tarixdə X5 Xidmətinin Bakı Şəhər İdarəsinə Şəxs MMC-yə qarşı hər hansı şikayətinin olmadığını bildirən teleqram göndərmişdir. “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən müraciətinə baxılan vətəndaş müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etdikdə həmin müraciət (ərizə, təklif və şikayət) baxılmamış saxlanılır. xx.xx.2022-ci il tarixdə Şəxs MMC mülkiyyətində olan “İsuzu” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini V.H.İbadlıya icarəyə vermişdir (müqavilənin surəti DƏMX BŞİ-nə təqdim olunmuşdur). V.H.İbadlı həmin nəqliyyat vasitəsi ilə müstəqil qaydada yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Həmin fəaliyyətdən planlaşdırdığı müsbət nəticəni əldə edə bilməyən V.H.İbadlı şirkətlərinə sürücü vəzifəsinə işə qəbul üçün müraciət etmişdir. Həmin şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə işə qəbul edilmişdir. Şəxsə nəqliyyat vasitəsini saz vəziyyətdə təhvil verilməsi və şəxs tərəfindən saz vəziyyətdə təhvil alınmasından təsdiqi üçün tərəflərindən yol vərəqəsi tərtib olunmuş və nəqliyyat vasitəsinin idarə edilməsi üçün ona etibarnamə verilmişdir. Yol vərəqəsinə əsasən sürücünün şirkətinin işçisi olması qənaətinə gəlinməsi tamamilə əsassız və qanunsuzdur. Yol vərəqəsi nəqliyyat vasitəsini saz vəziyyətdə təhvil-təslimi məqsədilə tərtib olunur. Bu tərəflər arasında imzalanmış icarə müqaviləsinin 6.1-ci bəndində də öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq ”EVAKUATOR.AZ” MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan başqa, məhkəmə iclasında T.Ç.Çələbiyev verilmiş suallara cavab olaraq bildirmişdir ki, V.H.İbadlıya yol vərəqəsinin verilməsinin səbəbi sonuncu ilə Şəxs MMC arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən hazırkı müqavilənin predmeti olan nəqliyyat vasitəsinin icarəçiyə saz vəziyyətdə verilməsi, həmin nəqliyyat vasitəsinin onun tərəfindən saz vəziyyətdə təhvil alınması və icarəyə verənin verdiyi yol vərəqəsi əsasında həyata keçirilməsidir. Həmçinin o, bildirmişdir ki, V.H.İbadlı həmin müqavilə əsasında 10 gün müddətdə avtomobil idarə etdiyi üçün MMC-yə 302 (üç yüz iki) manat icarə haqqı ödəniş etmiş və həmin qəbzi məhkəməyə təqdim edir. Bundan başqa, T.Ç.Çələbiyev bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə V.H.İbadlı ƏƏSMN yanında X5 Xidmətinə teleqram ünvanlayaraq MMC-yə qarşı hər hansı şikayət və tələbinin olmadığı bildirmiş və xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidmətinə ünvanlandığı MMC-yə qarşı şikayəti üzrə başlanmış icraatın dayandırılması və ona xitam verilməsini xahiş etmişdir. Buna baxmayaq ƏƏSMN yanında X5 Bakı Şəhər İdarəsi tərəfindən qərəzli olaraq MMC barəsində protokol tərtib erdilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs V.H.İbadlı izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə öz müştərilərinin olması səbəbindən Şəxs MMC-yə müraciət edərək icarə müqaviləsi əsasında nəqliyyat vasitəsinin ona icarə verilməsini xahiş etmiş və MMC onun xahişini təmin edərək onunla icarə müqaviləsi bağlamışdır. O, 10 gün müddətində nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmiş və sonradan icarə haqqını ödəyə bilməyəcəyi qənaətinə gələrək müqavilənin ləğv edilməsini və sürücü kimi işə götürülməsini MMC-nin nümayəndəsindən xahiş etmişdir. Həmin zaman o, nəqliyyat vasitəsinin istifadə etdiyi 10 günə görə icarə haqqı olaraq MMC-yə 302 (üç yüz iki) manat məbləğində pul ödəmişdir. Lakin MMC ona hal-hazırda vakansiya olmadığı və əgər olsa xəbər edəcəklərini bildirərək onu yola salmışlar. Daha sonra yanvar ayında axırlarında MMC-də vakansiya olduğu səbəbbindən ona zəng vurulmuş və o, xx.xx.2023-cü il tarixdən rəsmi olaraq müqavilə əsasında MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. İş yükünün ağır olması səbəbindən o, xx.xx.2023-cü il tarixdə könüllü olaraq ərizə verərək işdən çıxmış və ona MMC tərəfindən 160 (yüz altmış) manat əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında V.H.İbadlı verilmiş suallara cavab olaraq bildirmişdir ki, DOST Agentliyinə müraciət etməsinin səbəbi Şəxs MMC-nin ona qarşı qanunsuz hərəkətləri ilə bağlı deyil, yalnız MMC tərəfindən ona yanvar ayının 25-dən fevral ayının 07-dək ödənilən əmək haqqının düzgün hesablanıb-hesablanmaması səbəbindən olmuşdur. Həmçinin o, bildirmişdir ki, izahatında da göstərdiyi hallar yəni, əmək haqqının 345 manat olduğu, əlavə olaraq isə gördüyü işin, yəni apardığı yükün 10 faizi qədər ödəniş alacağı, dekabr ayının ödənişi nağd formada həyata keçirildiyi və yanvar ayında 1160 (min yüz altmış) manat, fevral ayında isə 160 (yüz altmış) manat ödəniş edildiyi xx.xx.2023-cü il tarixdə əmək muqaviləsi bağladıqdan sonra irəli gələn məsələlərdir və həmin izahatında da qeyd etdiyi kimi müraciətinin əsası yanvar ayında verilmiş əmək haqqı ilə bağlı olmuşdur. Bundan əlavə o, bildirmişdir ki, tərəfindən xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə teleqram ünvanlayaraq xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidmətinə ünvanlandığı Şəxs MMC-yə qarşı şikayəti üzrə başlanmış icraatın dayandırılması və ona xitam verilməsini həmçinin MMC-yə qarşı hər-hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş V.H.İbadlı Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət vərəqəsindən görünür ki, vətəndaş V.H.İbadlı əvvəllər işlədiyi müəssisədə (Şəxs MMC) xx.xx.2022-ci il tarixdən işləsə də, onunla xx.xx.2023-cü il tarixdən rəsmi əmək müqaviləsinin bağlandığı, işdən azad edildikdən sonra son ayın əmək haqqısının ona düzgün ödənilmədiyini bildirmiş və bununla bağlı araşdırma aparılmasını xahiş etmişdir. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli, 215/22 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Şəxs MMC ona məxsus “İSUZU” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarəçi V.H.İbadlıya icarəyə vermişdir. Müqavilənin predmetinə əsasən icarəçi həmin nəqliyyat vasitəsi öz istifadəsinə qəbul edir və aylıq icarə haqqını ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən hazırkı müqavilənin predmeti olan nəqliyyat vasitəsinin icarəçiyə saz vəziyyətdə verilməsi və həmin nəqliyyat vasitəsinin onun tərəfindən saz vəziyyətdə təhvil alınması icarəyə verənin verdiyi yol vərəqəsi əsasında həyata keçirilir. İş materiallarında olan 0281 nömrəli yol vərəqəsindən görünür ki, “İSUZU” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək V.H.İbadlıya etibar edilmişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli, 030360 nömrəli qəbzdən görünür ki, V.H.İbadlı Şəxs MMC-yə 302 (üç yüz iki) manat icarə haqqı ödəmişdir. İş materiallarında olan Şəxs MMC direktoru A.İ.Zeynalov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə ünvanlanmış 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, V.H.İbadlı dekabr ayında işə qəbul üçün MMC-yə müraciət etmişdir. MMC-yə sürücü ehtiyacı yanvar ayının sonundan yarandığından sonuncu xx.xx.2023-cü il tarixdə işə dəvət olunmuş və həmin gündən də sürücü kimi cəlb olunmuşdur. İşçinin şirkətləri haqqında verdiyi məlumat əsassızdır. İş materiallarında olan V.H.İbadlı tərəfindən xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə ünvanladığı teleqramdan görünür ki, sonuncu müraciətində xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidmətinə ünvanlandığı Şəxs MMC-yə qarşı şikayəti üzrə başlanmış icraatın dayandırılması və ona xitam verilməsini xahiş edərək, MMC-yə qarşı hər-hansı şikayət və tələbinin olmadığı bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 Xidmətinin Bakı Şəhər İdərəsinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında V.H.İbadlının verdiyi izahatdan da görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə DOST Agentliyinə müraciət edərkən Şəxs MMC-nin ona qarşı qanunsuz hərəkətləri ilə bağlı deyil, yalnız MMC tərəfindən ona yanvar ayının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində ödənilən əmək haqqının düzgün hesablanıb-hesablanmaması ilə bağlı olmuş və daha sonra MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmədən yəni, xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidməti Bakı Şəhər İdarəsinə teleqram ünvanlayaraq xx.xx.2023-cü il tarixdə ƏƏSMN yanında X5 Xidmətinə ünvanlandığı Şəxs MMC-yə qarşı şikayəti üzrə başlanmış icraatın dayandırılması və ona xitam verilməsini həmçinin MMC-yə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, V.H.İbadlı xx.xx.2022-ci il tarixdə öz müştərilərinin olması səbəbindən Şəxs MMC-yə müraciət edərək icarə müqaviləsi əsasında nəqliyyat vasitəsinin ona icarə verilməsini xahiş etmiş və MMC onun xahişini təmin edərək həmin tarixdə icarə müqaviləsi bağlamışdır. O, 11 gün müddətində nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmiş və sonradan icarə haqqını ödəyə bilməyəcəyi qənaətinə gələrək müqavilənin ləğv edilməsini və onu sürücü kimi işə götürülməsini MMC-nin nümayəndəsindən xahiş etmişdir. Həmin zaman o, nəqliyyat vasitəsinin istifadə etdiyi 11 günə görə icarə haqqı olaraq MMC-yə 302 (üç yüz iki) manat məbləğində pul ödəmişdir. Lakin MMC ona hal-hazırda vakansiya olmadığı və əgər olsa xəbər edəcəklərini bildirmişdir. Daha sonra yanvar ayında axırlarında MMC-də vakansiya yəni, sürücü yeri yarandığı səbəbindən ona zəng vurulmuş və o, xx.xx.2023-cü il tarixdən rəsmi olaraq müqavilə əsasında MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. İş yükünün ağır olması səbəbindən o, xx.xx.2023-cü il tarixdə könüllü olaraq ərizə verərək işdən çıxmış və ona MMC tərəfindən işlədiyi müddətə görə 160 (bir yüz altmış) manat əmək haqqı ödənilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 29 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən, inzibati xətanın mahiyyəti kimi Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vətəndaş V.H.İbadlının əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi göstərilmişdir. Halbuki, vətəndaş V.H.İbadlı müraciətində xx.xx.2023-cü il tarixdən rəsmi əmək müqaviləsinin bağlandığı gündən işdən azad edildikdən sonra olan son, yəni yanvar ayın əmək haqqısının ona düzgün ödənilmədiyini göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirki, V.H.İbadlı ilə Şəxs MMC arasında ilkin münasibətlər daşınar əmlakın icarəyə verilməsi əsasında yaranmış, daha sonra isə V.H.İbadlı ilə MMC arasında bağlanmış əmək müqaviləsi əsasında davam etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 700-cü maddəsinə əsasən: İcarə müqaviləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan”hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)”inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar