Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-178/2021 05.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Zərərçəkmiş şəxs müraciəti əsasında Nəqliyyatda Baş Polis X8 X3 aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə “28 May” yeraltı keçid ticarət mərkəzində olan 68 saylı mağazada satıcı işləyən Zərərçəkmiş şəxs məxsus 265 manat dəyərində “Samsung J6+” markalı mobil telefon aparatı naməlum şəxs tərəfindən oğurlanmışdır. Lakin təhqiqatla oğurluq əməlini törətmiş şəxs müəyyən edilməmiş, eyni zamanda törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılması rədd olunaraq hadisəni törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə qeyd olunan oğurluğu Şəxs törətmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-696/2020 saylı qərarından görünür ki, Şəxs qəsdən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində X2 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 saylı ünvanda yerləşən “Buta Milli Suvenirləri” mağazasına müştəri qismində daxil olaraq sonuncunun diqqətinin yayınmasından istifadə edib ona məxsus mobil telefon aparatını oğurlayıb S.R.Məmmədovaya 505 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən qəsdən özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 18 A saylı ünvanda yerləşən “Koton” geyim mağazasına daxil olaraq mağazada müştəri X1 yaxınlaşmasından istifadə edib vitrinin üzərindən sonuncuya məxsus mobil telefon aparatını oğurlayıb zərər çəkmiş şəxsə 1.810 manat məbləğində maddi ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, barəsində xx xxxxxx 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs oğurladığı, Zərərçəkmiş şəxs məxsus “Samsung J6+” markalı mobil telefon aparatının dəyərinin 265 manat olması qeyd olunmuşdur. Hesab edirəm ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlirəm ki, hazırda barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs tərəfindən eyni əməlin təkrar törədilməsi, yəni cinayət işi üzrə ona verilmiş ittihamda qeyd olunan əmməlləri törətdikdən sonra xx.xx.2020-ci il tarixdə 265 manat dəyərində özgənin əmlakını gizli yolla talaması özündə inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bu səbəbdən, habelə Şəxs hazırki əmələ görə məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhər prokuroruna göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-178/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-178/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver