Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1793/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2021-ci il tarixli, EQ ******* və 05 noyabr 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2021ci il tarixli, EQ ******* və 05 noyabr 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.04.2022-ci il tarixli, 3(006)-1140/2022 saylı və 12.04.2022-ci il tarixli, 3(006)-1254/2022 saylı qərardadları ilə şikayət geri qaytarılmışdır. Lakin məhkəmənin qeyd olunan qərardadlarında göstərilənlər aradan qaldırılmadan X2 eyni məzmunlu şikayətlə yenidən məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də hesab edirəm ki, məhkəmənin göstərilən qərardadlarında sadalanan nöqsanlar aradan qaldırılmadığı üçün şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132 -ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2021ci il tarixli, EQ ******* və 05 noyabr 2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1793/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1793/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver