Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1795/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 137; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-00822/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC 2.702 manat məbləğində gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmışdır. Barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin vəsatəti əsasında proses bugünki tarixə təxirə salınsa da, nümayəndə heç bir üzürlü səbəblər təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəmə iclası barədə inzibati xəta haqqında protokolu tərtib etmiş qurum da məlumatlandırılsa da, onun nümayəndəsi də iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol və xx.xx.2023-cü il tarixli ekspert rəyindən aydın olur ki, Şəxs MMC-nin ünvanına 66AAR089/68KC955 nömrəli nəqliyyat vasitəsi ilə İHC2023Q000Q00005 saylı, xx.xx.2023-cü il tarixli invovs sənədi ilə daxil olmuş yüklər **********6682 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı XİF MN üzrə kodun müəyyənləşdirilməsi məqsədi ilə X2 İdarəsinə müraciət edilmiş, həmin İdarədən daxil olmuş 2200-013/0xx-xx/001664 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq göndərilmiş sınaq protokoluna əsasən İHC**********Q005 saylı, xx.xx.2023-cü il tarixli invovs üzrə (1-7-ci mövqelər) idxal olunan “pendir” yükünün XİF MN üzrə kodunun dəyişməsi nəticəsində 15% idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********6682 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində bəyan edilmiş “pendir” yükün XİF MN üzrə “**********, **********, **********” saylı kod altında sinifləsdirildivi təqdirdə "ARAZ SUPERMARKET” MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği - idxal gömrük rüsumu üzrə 2.290 manat, ƏDV üzrə 412 manat, ümumilikdə 2.702 manat təşkil edir. Həmçinin Şəxs MMC barəsində 01 noyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2331/22 nömrəli is başlanılmış, ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün həmin maddənin qeyd hissəsinə əsasən təqsirli bilinərək is üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: • idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır (238.1-ci maddə); • gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır (238.2-ci maddə); • gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X3in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür (242.2-ci maddə); • gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir (243.1-ci maddə). “Azərbaycan Respublikasının X3 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X3 X5 Şərhetmə Qaydalarına müvafiq olaraq “bütün növ rəndələnmiş və ya toz halında pendirlərmal mövqeləri adı altında XİF MN üzrə 0406 20 000 0 saylı, “– – – – – digərləri mal mövqeləri adı altında XİF MN üzrə 0406 90 990 0 saylı və “– – – piyin miqdarı 36 kütlə %-dən çox olan mal mövqeləri adı altında XİF MN üzrə 0406 30 900 0 saylı kod ilə sinifləşdirilən mallara dair 15% gömrük rüsumu (tarif) dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş ödənilməli olan 2.702 manat gömrük ödənişinin yüz faizi məbləğində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 2.702 manat gömrük ödənişi məbləğinin 100 faizi – 2.702 (iki min yeddi yüz iki) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1795/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1795/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver