Məhkəmə qərarları › İş №3(006)-18/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-18/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-18/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhər BPİ X16 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X2 Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28226 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28226 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-3453/2024 nömrəli qərarı ilə onun şikayəti qismən təmin olunaraq Bakı şəhəri BPİ DYPİ tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş həmin inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş yenidən baxılması üçün Bakı şəhəri BPİ DYPİ-yə göndərilmişdir. Lakin, Bakı şəhəri BPİ DYPİ məhkəmənin göstərişinə əməl etməyərək araşdırmadan 05 oktyabr 2024-cü il tarixli 28226 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək yenidən qanunsuz və əsassız olaraq inzibati tənbeh olunmuşdur. Protokolda onun “X14" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində yazılan protokol və qərar qanunsuz və əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq İXM-nin 122.7-ci maddəsinə əsasən BDYPİ-yə inzibati xəta tərkibi haqqında məlumatının olmamasını qeyd etməyinə baxmayaraq İXM-nin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Ona isə nə məktub halında, nə də ASAN PAY sistemində qərar və onun nömrəsi qeyd olunmamışdır. Bununla bağlı sistemdən şikayət etsə də, inzibati orqan tərəfindən heçbir araşdırılma aparılmamış, ona görə də məhkəməyə müraciət olunma zərurəti meydana gəlmişdir. Göründüyü kimi BDYPİ-nin əməkdaşları İXM-nin yuxarıda göstərilmiş maddələrini kobud surətdə pozmuşdur. Şikayətinə baxmayaraq, ona rəsmi cavab verilmədən ödəniş sisteminə yerləşdirilmişdir. Göstərilənlərə əsasən onun barəsində xx.xx.2024-cü il tarixli, 28226 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 yuxarıda göstərilən məzmunda izahat verərək, həmçinin, həmin ərazidə quraşdırılmış svetoforun sürücülər tərəfindən görülməsinin qeyri-mümkün olduğunu, buna görə də, svetoforu görmədiyini, İ Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X16 İdarəsinin nümayəndəsi X8 bildirmişdir ki, Bakı şəhər BPİ X16 İdarəsinin İnzibati Xətalar X15 İcraat şöbəsinin inspektoru polis kapitanı Zaur Tağıyev tərəfindən hadisə yenidən araşdırılmış və X2 19 aprel 2024-cü il tarixdə idarə etdiyi “HYUNDAİ İ30” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin tələbinə riayət etməyərək yol hərəkəti qaydasını pozması öz təsdiqini tapmışdır. X2 şikayət ərizəsində qeyd etdikləri əsassızdır. Belə ki, iki cür inzibati icraat aparılma qaydası var. İXM-nin 122 və 124-cü maddələri ilə. İXM-nin 122-ci maddəsi ilə inzibati icraat aparılan zaman məktub elektron kabinetə yerləşdirilsə də, inzibati xəta vizual şəkil aşkar olunduqda inzibati icraat İXM-nin 124-cü maddəsi ilə aparılır. Bu zaman kabinetə heç bir məktub və ya görüntü göndərilmir. Qeyd etiklərinə əsasən X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2024-cü il tarixli, 28226 nömrəli tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis kapitanı X9 bildirmişdir ki, 19 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə üzü Olimpik Star tərəfə xidməti avtomobil ilə hərəkətdə olan zaman “HYUNDAİ İ30” minik markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırmızı işıqda keçdiyini görmüş və dərhal həmin avtomobilin sürücüsünə saxla göstərişi vermişdir. Sürücüyə yaxınlaşdıqda sonuncu onunla çox kobud formada danışmağa başlamış, bu zaman o, sürücüdən sənədlərini təqdim etməsini tələb etmişdir. Sürücü sənədləri təqdim etmiş və o, sürücünün sənədlərini yoxladıqda sürücünün X6 olduğu və sonuncunun 17 balının olması müəyyən edilmişdir. Bundan sonra o, avtomobili cərimə meydançasına təmin edərək, X6 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin ərazidə iki yerdə svetofor var və hər iki svetofor çox aydın formada görünür. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər X16 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Hyundai İ30" markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səməd Vurğun küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyinə və bununla da il ərzində 20 və daha çox bal topladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhər X17 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 28226 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən xx.xx.1979-cu il təvəllüdlü X1 hüququ məhdudlaşdırılmışdır. Məhkəmə X3 məhkəmə iclasında qeyd etdiyi xüsasatlara münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin müharibə iştirakçısı olması və ya ərazidə quraşdırılmış svetoforu görməməsi onu inzibati məsuliyyətdən azad etmək üçün əsas deyildir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.7-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusil qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, 28226 nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar X15 sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X6 barəsində Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28226 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər BPİ X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 28226 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar