Məhkəmə qərarları › İş №3(006)-1800/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1800/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1800/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib etmiş Bakı şəhər BPİ X9 İdarəsinin YNH üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış həyət evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X9 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «X5 Minik» markalı **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu N.B.Yusifbəyli küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində “Mercedes” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “BMW” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Toqquşma nəticəsində “Mercedes” və “BMW” markalı avtomobillərin sahiblərinə maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «X5 Minik» markalı **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla səhhətində olan problemlə əlaqədar olaraq müayinə məqsədilə xəstəxanaya getmək üçün Nəsimi rayonu N.B.Yusifbəyli küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində “Mercedes” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “BMW” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Lakin hadisə yerində xəsarət alan şəxs olmamışdır. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Törətdiyi inzibati xətadan peşmandır. Qeyd olunanları nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə «X5 Minik» markalı **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, N.B.Yusifbəyli küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq nəticəsində “Mercedes” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən həmin avtomobil “BMW” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmış və toqquşma nəticəsində X4 və X2 maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhər BPİ X9 İdarəsinin YNH üzrə baş inspektoru X3 tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. İş materiallarında olan “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs İİ qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar