Məhkəmə qərarları › İş №3(006)-1801/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1801/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1801/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında 21-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 1V-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 13 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanda nalayiq ifadələrdən istifadə edərək səs-küy salmış, xırda xuliqanlıq edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə X7 “102” xidmətinə zəng edərək ünvan 1 binanın həyətində ona məxsus gül dibçəklərinin oğurlanmasını göstərmişdir. Bununla əlaqədar əməliyyat qrupu hadisə yerinə getmiş və gül dibçəklərini otradan götürən şəxsin həmin binada komendant işləyən Şəxs olduğunu müəyyən edib məsələni araşdırmaq üçün ona yaxınlaşmışlar. Əvvəlcə ona çəl uzadıb salamlaşsa da, sonuncu qeyri-etik hərəkət edərək onların ünvanına nalayiq ifadələr işlətmiş, aqressiv şəkildə heç yerə getməyəcəyini söyləmişdir. Səs-küyə ətrafa insanlar toplaşmışlar. Sonradan Şəxs bölməyə gətirilsə də, o, məsələyə dair izahat verməkdən imtina etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının kommunal idarəetmə xidmətinin rəhbəri vəzifəsində işləyir. X7 həmin binanın birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin icarədarı olmaqla orada restoran fəaliyyəti ilə məşğuldur. Bir neçə gün bundan əvvəl R.Qurbanov gül dibçəklərini gətirib bayırda restoranın qabağına yığmışdır. O da ona demişdir ki, bu dibçəklər həm sakinlərə, həm də digər obyektlərə maneə yaradır, buna görə də onları oradan götürmək lazımdır. Lakin buna əhəmiyyət verilmədiyi üçün o onun işçisini xəbərdar etməklə bu dibçəkləri oradan götüzdürüb kənar yerə yığmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında binanın həyətində olarkən polis əməkdaşı olan sahə inspektoru X3 ona yaxınlaşıb əl uzadıb salamlaşmaq istəyərkən, o, əl uzatmadığı üçün sonuncu ona “tərbiyəsiz” demiş, o da onun cavabını qaytarmışdır. Buna görə də aralarında sözlə mübahisə yaranmış və o, polis bölməsinə dəvət olunmasına dair ondan məktub istəmişdir. Bölmədə olan zaman da polis əməkdaşları onu təhqir etməkdə davam etmişlər. Məhkəmədə 21-ci polis bölməsinin sahə inspektoru X5 şahid qismində izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə X4 “102” xidmətinə zəng vurub ünvan 1 binanın həyətində ona məxsus gül dibçəklərinin oğurlanmasına dair verdiyi məlumatla bağlı yaradılmış əməliyyat qrupunun tərkibində o, iş yoldaşları Anar İsgəndərov və Fərid Quliyev həmin ünvana getmişlər. X4 işlətdiyi restoranda quraşdırılmış video kameraya baxdıqda həmin dibçəklərin binanın həyətində komendant işləyən Şəxs tərəfindən götürüldüyünü müəyyən edib ona yaxınlaşmışlar. Sahə inspektoru İsgəndərov Anar ona əl uzadıb salamlaşsa da, sonuncu buna əhəmiyyət verməmiş və onları təhqir etməyə başlamışdır. Yaranmış səs-küyə ətrafa insanlar toplaşmışlar. Onlar da bu şəxsə məsələ barədə məlumat verib onu bölməyə dəvət etsələr də, Şəxs öz hərəkətlərini davam etdirib heç yerə getməyəcəyini bildirmişdir. Daha sonra o, bölməyə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi özü tərəfindən inkar olunsa da, şahid ifadələri və işin halları ilə tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati cərimə tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar