Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1807/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxs Şəxs iştirakları ilə, 25 avqust 1968-ci il tarixdə Şuşa şəhəri, Şirlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən 12 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 13 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-1299/2019 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar D.H.Bağırovaya 48.492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat ödənilməlidir. Lakin icra sənədi Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilmir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru R.X.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)- 1299/2019 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar D.H.Bağırovaya 48.492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat ödənilməlidir. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 18 mart 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin bildiriş imzalamaqla qəbul etmiş, lakin buna baxmayaraq, borclu Şəxs məhkəmə qərarının icrası ilə bağlı heç bir hərəkət etməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu Şəxs tərəfindən icra vərəqəsində göstərilmiş borc bu vaxta kimi ödənilməmişdir. Bundan sonra, borclu icra vərəqəsinin icra edilməsi ilə bağlı icra şöbəsinə dəfələrlə çağırılsa da o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, daha sonra borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, dəfələrlə icra şöbəsində olmuş, çağırışlara vaxtlı-vaxtında gəlmişdir. Hal-hazırda işləmir və borcunu tam ödəməyə imkanı yoxdur. Bundan başqa, onun himayəsində ruhi xəstə olan övladı var. Göstərilənləri, işsiz və maddi vəziyyətinin ağır olmasını və himayəsində ruhi xəstə olan övladının olmasını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra mənuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar D.H.Bağırova bildirmişdir ki, icra sənədinin icrasına başlayandan indiyənədək ona heç bir pul ödənilməmişdir. Borcunun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN ******* saylı protokola əlavədən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-1299/2019 saylı icra vərəqəsinə əsasən iddiaçı D.H.Bağırovanın xeyrinə cavabdeh Şəxs 48.492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borlcunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-1299/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 48.492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı D.H.Bağırovaya verilməlidir. İş materiallarında olan 18 mart 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 18 mart 2020-ci il tarixli bildiriş surətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-1299/2019 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyevin qərarından görünür ki, borclu Şəxs icra şöbəsinə məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(105)-1299/2019 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar D.H.Bağırovaya 48.492 (qırx səkkiz min dörd yüz doxsan iki) manat ödənilməlidir. Nəsimi Rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata 18 mart 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Həmin bildiriş imzalamaqla qəbul etmiş, lakin buna baxmayaraq, borclu Şəxs məhkəmə qərarının icrası ilə bağlı heç bir hərəkət etməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bundan sonra, borclu icra vərəqəsinin icra edilməsi ilə bağlı icra şöbəsinə dəfələrlə çağırılsa da o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, daha sonra borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə, dəfələrlə xəbərdarlıq edilməsinə, onun barəsində məcburi gətirilməsinə baxmayaraq, nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1807/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1807/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver