Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1815/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, X2 Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 17:43-də mülkiyyətində olan ”X8 Rover“ markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 40A ünvanında (3-cü mkr. dairəsi) dairəyə daxil olmadan öncə dairədə hərəkət edən avtomobillərə yol verdikdən sonra hərəkətinə maneə edən avtomobil olmadığından dairəyə daxil olmuş, artıq dairədə olarkən arxadan konstruksiyasında dəyişiklik edilmiş (qabaq asqısı qaldırılmış) "VAZ 2106” markalı avtomobil işıq yandırıb siqnal verərək guya ona dairəyə daxil olmasına maneə yaratdığını işarə etmiş və avtomobillə bir qədər getdikdən sonra DYP avtomobili onu saxlamışdır ki, guya dairəvə daxil olarkən həmin avtomobilə vol verməmiş, bununla da yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. O, bununla razılaşmayaraq dairədə olan bütün avtomobilləri buraxmış, heç kimə maneə yaratmadan dairəyə daxil olduğunu bildirmiş, inspektorun bildirdiyi avtomobilə necə maneə törətməsi barədə inspektordan sübut (videogörüntü) təqdim etməsini xahiş etmiş, lakin inspektor hər hansı bir qayda pozuntusu etməsi barədə sübut təqdim edə bilməmiş və barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati protokol tərtib etmişdir. İnspektorun təqdim etdiyi inzibati protokoldan görünür ki, onun tərəfindən onun vəzifələri, hüquqları izah edilməmiş, protokolda qanuna müvafiq olaraq narazılığı ilə bağlı qeyd aparılmasına imkan verilməmişdir. İXM-nin 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri DYPİ-nə müraciət edərək barəsində çıxarılmış TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı alıb məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarını nəzərdən keçirdikdə onun İXM-nin tələblərinin pozulması ilə tərtib edildiyi aşkar olunur. Belə ki. İXM-nin 115.1.3-cii maddəsinə görə işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin qeyd edilməsi mütləqdir. Eləcə də, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Hesab edir ki, hər hansı bir qayda pozuntusu etmədiyi halda, Bakı şəhəri DYPİ-nin inspektoru tərəfindən TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında əsassız və sübutsuz qərar qəbul edilməsi təəssüf hissi doğurur. Eləcə də, yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə qərarın qəbul edilməsi bir daha həmin qərarın əsassız olmasını təsdiq edir. Ona görə də onun tərəfindən hər hansı bir yol hərəkəti qaydası pozuntusuna yol verilmədiyindən həmin qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi ilə bağlı şikayətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4658/2022 saylı, 28 dekabr 2022-ci i tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş baxılınası üçün həmin quruma göndərilmişdir. Lakin məhkəmə qərarı Bakı şəhəri DYPİ-nə daxil olan vaxtdan yəni 2023-cü ilin yanvar ayından mart ayının sonuna qədər işin yenidən araşdırılması və araşdırmanın nəticəsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Nəhayət mart ayının sonunda işin nəticəsi ilə bağlı maraqlandıqda işin Bakı şəhəri DYPİ-nin polis kapitanı X1 icraatında olmasını öyrəniş və sonuncuya bununla bağlı müraciət etdikdə həmin vəzifəli şəxs heç bir araşdırma aparmadan, sübut olmadan barəsində yenidən əsassız və qanunsuz cərimə qərarı çıxarmışdır. Bakı şəhəri DYPİ-nin 28 mart 2023-cü il tarixli. TР ******* saylı qərarı xx.xx.2023-cü il tarixdə idarənin vəzifəli şəxsi vasitəsilə ona təqdim edilmişdir. Hesab edir ki, yuxarıda qeyd etdiyi əsaslara görə, həmçinin, yenidən baxılması müddətində xəta ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən Bakı şəhəri DYPİ-nin 28 mart 2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və barəsində olan inzibati işə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri BPİ-nin X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri BPİ X9 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhəri BPİ-nin X7 İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X3 barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1815/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1815/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver