Məhkəmə qərarları › İş №3(006)-1820/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1820/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1820/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal edilmiş və **********5302 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin araşdırılması zamanı həmin mallara dair əvvəlcədən **********7651 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin verildiyi, lakin, həmin qısa idxal bəyannaməsində malların invoys dəyəri 20138,00 ABŞ dolları bəyan edildiyi halda, faktiki olaraq gömrük bəyannamnəsində eyni malların invoys dəyərinin 19238,00 ABŞ dolları olduğu aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından göndərilmiş mallar üzrə keyfiyyətszi mallar aşkar edildiyindən xarici şirkətlə əlaqə saxlanılaraq məlumat alınmış və həmin keyfiyyətsiz malların göndərilməsi üzrlü hesab edilməklə yenidən lazım olan malların göndəriləcəyi bildirilmişdir. Bundan sonra, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X5 X1 San. Ve Tic. LTD. ŞTİ” şirkətindən idxal edilmiş mallara dair əvvəlcədən **********7651 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsini vermişlər. Qeyd olunan yüklərin invoys dəyəri 19238,00 ABŞ dolları olmuşdur. Həmin yüklərin içərisində göndərilən 1000 ədəd “steril göz damcıları” yükləri göndərən şirkət tərəfindən əvvəlki partiyada göndərilmiş eyni adlı keyfiyyətsiz malların əvəzinə göndərildiyinə görə həmin mallara görə heç bir ödəniş ödənilməmişdir, lakin, ilkin olaraq onlara təqdim edilmiş invoys sənədində səhvən həmin malların da qiyməti nəzərə alındığına görə qəsa idxal bəyannaməsində malların invoys dəyərini düzgün göstərməmişlər. Deyilənlərin nəzərə alınaraq, cəmiyyət barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin fikirlərini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal edilmiş və **********5302 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin araşdırılması zamanı həmin mallara dair əvvəlcədən **********7651 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin verildiyi, lakin, həmin qısa idxal bəyannaməsində malların invoys dəyəri 20138,00 ABŞ dolları bəyan edildiyi halda, faktiki olaraq gömrük bəyannamnəsində eyni malların invoys dəyərinin 19238,00 ABŞ dolları olduğu aşkar edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verdiyi nəzərə alınaraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan gömrük bəyannaməsinə, qısa idxal bəyannaməsinə və əlavə edilmiş sənədlərə baxış keçirilərək müəyyən olunmuşdur ki, Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına göndərilmiş mallar üzrə faktiki olaraq **********7651 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında yüklərin invoys dəyəri 20138,00 ABŞ dolları qeyd edilsə də, **********5302 nömrəli gömrük bəyannaməsinin 22-ci qarafasında malların invoys dəyərinin 19238,00 ABŞ dolları qeyd edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.1-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar