Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1822/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1 Əli Hüseyn oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 13 may 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4541/2023-003 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına mane olmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4541/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 ünvan 2 ünvanında yerləşən əmlak kompleksindəki 14 hissədən ibarət mülkiyyət payı naturada ayrılmalı, həmin naturada ayrılma xx.xx.2022-ci il tarixli, 10/1304 saylı eksert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməlidir. ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun «B» tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, «A» tikilisi ilə «B» tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı ayrılıqda giriş çıxış qapıları qoyulmaqla. Asfalt örtüklü 1-ci hissə «A» və «B» tikililəri və hər hansı bir hüquq tanımadan «A» tikilisi ilə «C» tikilisi arasındakı sahədə inşa olunmuş 40.3 kv.m olan qeydə alınmayan tikili iddiaçı X6 (faktiki 602, 1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) asfalt örtüklü 2- ci hissə (hər hansı bir hüquq tanımadan) eləcə də «C» tikilisi(faktiki 609,5 kv.m tikili, 142.8kv.m asfalt örtüklü sahə) isə bütövlükdə cavabdeh X10 bölünərək verilməli, X13 iddiaçıya aid olan hissədən çıxarılmalıdır. 15 aprel 2024-cü il tarixdə icra vərəqəsinin icrası ilə bağlı tərəfindən həmin icra yerinə baxış keçirilmiş, həmin yerdə müxtəlif icarədarların xidmət göstərməsi aşkar olunmuş, onlara icra yerinin boşaldılması ilə bağlı xəbərdarlıq olunmuş, tələbkarın razılığı ilə həmin şəxslərə 18 aprel 2024-cü il tarixə kimi vaxt verilmişdir. Həmin baxış zamanı icarədarlar bildirmişlər ki, onlar üçün fərqi yoxdur icarə haqqını kimə verirlər, əvvəl VŞəxs verdikləri pulu tələbkara da ödənilməsini təklif etmişlər. Lakin razılıq əldə olunmamış, boşaldılma ilə bağlı 3 gün vaxt verilmişdir. Həmin yerə verilən möhlətdən sonra baxış keçirilərkən, icarədarların həmin ərazini boşaltmalarını, həmin yerlərin yararsız vəziyyətə salınmasının şahidi olmuşuq, vurulmuş ziyanla bağlı, fotoşəkillər çəkilmiş və akt tərtib olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən olundu ki, borclu tərəfindən həmin binaya təhkim olunan şəxslər Şəxs və X11rıdır. Həmin şəxslərin izahatları alınır, cinayət işinin açılması ilə bağlı müəyyən sorğular verilir. Həmin ərazidə işləyən işçilərin də izahatları alınır və izahatlardan müəyyən olunur ki, söküntü ilə bağlı göstərişləri Əli və VŞəxslər vermişlər. Şəxs ilkin izahatlar alınanda əməli etiraf edir, sonradan barəsində protokol tərtib olunarkən isə bu əməlin onun tərəfindən törədilmədiyini bildirir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin mübahisəli yer babası X10 məxsusdur. Onun üzərində sərəncamı babası vermişdir. Babası xəstə olduqdan sonra həmin yer üzrə sərəncamları atam X15 vermişdir. O, hal-hazırda Türkiyə Respublikasında babası VŞəxs müalicəsi ilə məşğul olduğundan telefon vasitəsi ilə həmin yer üzrə əmr və tapşırıqlarını vermiş və o, həmin tapşırıqları yerinə yetirmişdir. Anası və atası ayrıldıqdan sonra onların arasında əmlak mübahisəsi getmiş, o, anası və atası da çox istəyir. Onlar arasında olan mübahisəyə qarışmır. Sadəcə həmin ərazidə o, mərmər sexini işlətmiş, başqa işlərə qarışmamışdır. Həmin ərazinin sökülməsi ilə bağlı hər hansı tapşırıq verməmişdir. Tapşırıqlar atası tərəfindən verilmişdir. Onun bu işə hər hansı bir aidiyyəti yoxdur. Barəsində tərtib olunmuş inzibati icraata xitam verilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş tələbkar X4 vəkili X5 çıxış edərək bildirmişdir ki, bu iş 10 ildir ki, davam edir. Cavabdeh baba X13 olubdur. O, Humay xanımın vəkili olaraq bildirir ki, Humay xanımın həm uşaqlarını əlindən alıblar, həm də ona düşən pay əmlakına sərəncam verməyə imkan vermirlər. Hal-hazırda Humay xanım kirayədə qalır, özü hardasa xadimə işləyir. O da bilir ki, hal-hazırda məhkəmə qarşısına çıxarılan şəxs Şəxs həmin iş üzrə söz sahibi deyildir. Onun hər hansı bir sərəncam vermək səlahiyyəti yoxdur. Çünki, ondan əvvəl babası Vəli və daha sonra atası Hüseyn vardır. Hal-hazırda baba Vəli ağır xəstə olduğundan bütün tapşırıqlar ata Hüseyn tərəfindən verilir. Humay xanım ana olaraq övladlarını çox istəyir və onların hər hansı bir məsuliyyətə cəlb olunmasını istəmir. O, tələbkar Humay xanımın vəkili olaraq məhkəmə qarşısında bildirir ki, onlar protokolun təmin olunmasını istəmirlər. İş üzrə icraata xitam verilməsini xahiş edirlər. Bu işdə əsas şəxs olan X8 məsuliyyətə cəlb olunmasını istəyirlər. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X2 ünvan 3 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının naturada ayrılması, naturada ayrılma Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi: ünvan 3 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hansı bir hüquq tanımadan), “A" və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan qeydə alınmayan tikili iddiaçı X6 (faktiki 602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə (hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə cavabdeh X10 bölünərək verilməsi, X9 iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, X10 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4541/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməli və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməlidir. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına mane olan hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs sözügedən icra sənədində göstərilən ünvan 3 ünvanında yerləşən əmlak kompleksində söküntü işlərinin məhz Şəxs tərəfindən həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan təqdirdə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4541/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına mane olan hərəkətlərin törədilməsində Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1822/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1822/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver