Məhkəmə qərarları › İş №3(006)-1823/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1823/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1823/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis tərtib etmiş şəxs: şöbəsinin polis sahə inspektoru X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2001-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi, ev 26-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024-cu il tarixdə, saat 00:10 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman Şəxs 22-ci polis şöbəsinin əməkdaşı tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Həmin şəxs səmimi olaraq narkotik vasitə qəbul etdiyini və üzərində narkotik olduğunu bildirmişdir. Onun üzərində aparılmış axtarış zamanı bir ədəd bükümdə ota bənzər kütlə aşkar edilərək götürülmüşdür. Ekspertiza tədqiqatına əsasən həmin kütlənin 0,25 qram çəkidə narkotik vasitənin qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Aparılan araşdırma nəticəsində toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib hissəsinin yarandığı müəyyən olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsində olan zaman tanımadığı şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişdir. O da səmimi olaraq polis əməkdaşına üzərində marixuana olduğunu söyləmiş və bu səbəbdən də onu 22-ci polis şöbəsinə aparmışlar. Orada həmin narkotik vasitəni təqdim etmiş, onu “onlayn” şəkildə xatırlamadığı kart hesabına terminal vasitəsilə 20 manat köçürərək “zaklatka” vasitəsilə Xətai rayonu ərazisindən şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Törətdiyi əməldən peşmandır. O, müharibə veteranıdır, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Ona yüngül tənbehin verilməsini xahiş edir. İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/740 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “1)Şəxs...” yazılar və imzalar olan zərfdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalıq çəkisi – 0,23 qram təşkil edir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 3208 saylı rəyinə görə Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; • “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla qalıq qalan 0,23 qram qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir; • “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Şəxs həmin günü saat 01:30-da tutulub; • Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M/V 108981 saylı vəsiqəyə əsasən Şəxs müharibə veteranıdır; • Azərbaycan Respublikası medalının İ-22226, İ-2502 və İ-8363 nömrəli vəsiqələrə görə Şəxs müvafiq olaraq “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,23 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar