Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1824/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə şikayətini məhkəmədə baxmağa hazırlayarkən m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etsə də, lakin inzibati xəta haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kimin tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Bundan başqa, məhkəməyə ərizə təqdim edilərkən həmin ərizənin nəticə hissəsində müraciətin hansı qərar barədə olması qeyd edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1824/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1824/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver