Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1825/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tələbkar X3, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 iştirakları ilə xx.xx.1975-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2020-006 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. xx.xx.2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Lakin icra sənədi könüllü müddət ərzində icra edilməmişdir.Aparılan icra tədbirləri zamanı “X11”ndən əldə olunan məlumata əsasən borclunun adına mövcud borcun yönəldilə biləcəyi heç bir əmlak növü aşkar edilməmişdir.Borclu izahatlarında bugünə kimi 150 manat pul ödədiyini, tam borcu ölkə ərazisində mövcud karantin rejimi bitdikdən sonra hissə-hissə ödəyəcəyini bildirmişdir.Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən hələ də yayınmaqdadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2020-006 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan hər ay iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Son vaxtlar aliment pulunu ödəməyə maddi imkanı olmamışdır. Hazırki borcun 200 manat hissəsini ödəyir, qalan hissəsini isə yaxın günlərdə ödəyəcəkdir. O, icra sənədinin icrasından yayınmır və bundan sonra da ödəniş etməyə davam edəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasındatələbkar X6 Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, yekun məhkəmə aktı çıxarılanadək xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Şəxs X3 xeyrinə hər ay, hər uşaq üçün 170 manat, cəmi 340 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1307/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X3 hesabına 200 manat pul ödəmişdir. Məhkəmə baxışı zamanı Şəxs aliment borcunu ödəməkdən qəsdən (üzrsüz səbəbdən) yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədlərinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, Şəxs aliment borcunun bir hissəsini ödəmiş, qalan hissəsini isə yaxın günlərdə ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №3(006)-1825/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1825/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver