Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1830/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə «Finca Azərbaycan» X2 MMM-in qanuni təmsilçisi Timothy Tarrantın Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ ******* saylı icazə vəsiqəsindən görünür ki, X1 vətəndaşı, xx.xx.1970-ci il təvəllüdlü Timothy Tarrant xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, 802/803-cü məhəllə, K.Kazımzadə küçəsi, ev 30C, mənzil 111-ə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yeri xüsusi nümunəli vəsiqə ilə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdlə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və 114.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: «Finca Azərbaycan» X2 MMM-in qanuni təmsilçisi Timothy Tarrantın Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1830/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1830/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver