Məhkəmə qərarları › İş №3(006)-1833/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1833/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1833/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 13.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında protokola görə Şəxs MMC mülkiyyətində olan “Toyota Camry” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 3(006)-1833/2021 saylı qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilsə də, Bakı Apellyasiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, 3(103)-2398/2021 saylı qərarı ilə sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol qanunvericiyilin tələblərinə müvafiq halda tərtib edilmədiyindən və təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib orqana geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəxs MMC mülkiyyətində olan “Toyota Camry” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20.01.2021-ci il tarixdə, saat 18:01-də idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Poçt qəbzinə görə həmin sorğu 01.02.2021-ci il tarixdə Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 31, mənzil 12-ə çatdırılmış, sorğunu alan şəxsin soyadı “Cəfərov” göstərilmişdir. Lakin “Cəfərov” soyadlı şəxsin kim olmasını, onun Şəxs MMC ilə hər hansı hüquqi bağlılığının olub-olmamasını araşdırılmamışdır. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1mi rayonu ərazisində qeydiyyatda olan Şəxs MMC barəsində olan sorğunun hansı səbəbdən Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 31, mənzil 12-ə göndərilməsi, həmçinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi aydın deyil. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 13.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar