Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1840/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Cəlilabad rayonu, Şiləvəngə ərazi dairəsi, Adnalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı ünvanda polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı ünvanda idarə etdiyi “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğu üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman o da müəyyən edilmişdir ki, onun yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı xeyli ödənilməmiş cərimələri var və buna görə nəqliyyat vasitəsinin üzərində “saxlanma” statusu var. Bununla əlaqədar yol-patrul xidməti inspektoru tərəfindən Şəxs avtomobili duracağa yerləşdirilməsi və cərimələrin ödənilməsi təklif olunsa da, sonuncu buna məhəl qoymamış, polis əməkdaşı ilə mübahisə etməyə başlamış, nalayiq ifadələr işlədərək ətrafdakıları özünə cəlb etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki,xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində idarə etdiyi “BMW” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və ona yol hərəkəti qaydasının pozulduğu bildirilmişdir. O isə pozuntu ilə razı olmadığını söyləmiş, bundan sonra ona xeyli sayda ödənməmiş cəriməsinin olduğu və bu səbəbdən maşının cərimə meydançasına aparılacağı deyilmişdir. Lakin o buna etiraz etmiş, cərimənin hazırda ödəməyə imkanının olmadığını söyləmiş, daha sonra avtomobili bağlamışdır. Polis əməkdaşları isə maşını cərimə meydançasına aparmaq istədikdə aralarında mübahisə düşmüş, nəticədə onu polis avtomobilinə əyləşdirərək polis bölməsinə gətirmişlər. Evlidir, himayəsində iki uşağı var, arvadı da hamiləliklə bağlı xəstəxanadadır. Ailə vəziyyətinin nəzərə alınaraq ona yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X6 izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12:20 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi, 40 saylı ünvanın qarşısında xidmət aparan zaman “BMW” markalı, **- XO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcı keçmə qaydasını pozduğuna görə onun sürücüsü saxlanılmışdır. Həmçinin, o da müəyyən edilmişdir ki, bu nəqliyyat vasitəsinin üzərində xeyli ödənilməmiş cərimə var və buna görə avtomobilin üzərində “saxla” statusu qoyulub, maşın cərimə meydançasına yerləşdirilməlidir. Sürücü Şəxs avtomobili meydançaya aparılması və cərimələrin ödənilməsi təklif olunsa da, sonuncu buna etiraz edib onlarla mübahisə edib ətrafda olanların diqqətini özünə cəlb etmiş, nalayiq ifadələr işlətmiş, avtomobili bağlayaraq hadisə yerindən yayınmaq istəmişdir. Onlar də onu saxlamaq üçün arxasınca getmiş, Şəxs isə yolun kənarında olan ağacdan yapışaraq müqavimət göstərmiş, əl-qol atmışdır. Çağırılmış əlavə polis qüvvəsinin köməkliyi ilə onlar onu xidməti avtomobilə əyləşdirib polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X4 şahid X3 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində uşaqlarının olmasını İnzibati Xətalar Məcəlləsinin 32.2ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1840/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1840/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver