Məhkəmə qərarları › İş №3(006)-1841/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1841/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1841/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 1, mənzil 51Ada qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə ünvan 1 “A” ünvanında anası Zərərçəkmiş şəxs ilə aralarında münaqişə yaranmışdır. Bakı şəhər Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə rəisi polis leytenantı Səbuhi Baxşəliyev tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş məlumatda göstərilmişdir ki, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 1 “A” ünvanında qeydiyyatda olmaqla yaşayan vət. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102" müraciət edərək, qızı Şəxs ev ünvanının açarını dəyişməsi, nəticədə aralarında münaqişə yaranması, Minayənin onun üzərinə bıçaqla gəlməsini bildirmişdir. Toplanmış materiala nəzər saldıqda vət. Şəxs əməlində müəyyən edilmiş hallarda cinayət hadisəsi aşkar edilmədiyindən və ictimai asayişin kobud surətdə pozulmasına səbəb olan qərəzli hərəkətlər müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd edilən əməli törədən Şəxs əməlində döymə inzibati xətasının tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən anası ilə arasında mübahisə olmuşdur, lakin o, mübahisə vaxtı anasına toxunmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki,qızı onu qocalar evinə yatırmaq istəyir, kürəkəni ilə birləşib onu döyürlər, aralarında tez-tez mübahisə olur. Göstərilənləri nəzərə alaraq, qızının inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlu inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı İlham Babayevin xx xxxx 2020-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın sürətinin vət. Şəxs əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğu üçün onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülməsi məqsədi ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyəti əməkdaşına təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və hazırda həmin tarixdən üç aydan artıq müddət keçmişdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar