Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1842/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, X4 barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X6şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onun barəsində qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə” MN ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixində X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozduğuna görə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol əsasında xx xxxx 2020-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Tərtib olunmuş protokol qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə X6 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X4 şikayəti aidiyyəti üzrə baxılması üçün Ağdam rayonməhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Təqdim edilmiş materiallardan görünür ki, barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş X2 şəhəri, Vidadi küçəsi, ev 29 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayəti aidiyyəti üzrə baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1842/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1842/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver