Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1842/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1991-ci ildə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 40, mənzil 7-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 20.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Biləsuvar rayon məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(022)-1163/2017 saylı icra sənədinə əsasən 10400 (on min dörd yüz) manat pulun, 92 (doxsan iki) manat notariat xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun Şəxs tutularaq X3 verilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, borcu ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Biləsuvar rayon məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(022)- 1163/2017 saylı icra sənədinə əsasən 10400 (on min dörd yüz) manat pulun, 92 (doxsan iki) manat notariat xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun Şəxs tutularaq X3 verilməsi qərara alınmışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Sonradan icra sənədi aidiyyəti üzrə Biləsuvar rayon İcra və X2 rayon İcra Şöbəsinə göndərilmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclu yaranmış borcunu ödəməkdən yayınır. Bununla bağlı Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün polisə göndərilmişdir. İcra şöbəsinə gətirildikdən sonra Şəxs izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikən sonra isə 900 manat pul tələbkara ödənilməsi üçün ona təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Biləsuvar rayon məhkəməsinin qətnaməsindən xəbəri olsa da, pandemiya səbəbindən borcu ödəməyə imkanı olmamışdır. İcra sənədi üzrə cəmi 700 manat ödəniş etmiş, təxirə salınan məhkəmə iclasından sonra isə əlavə olaraq 900 manat ödəmişdir. Əvvəllər bir neçə dəfə ödəniş etmək istəsə də, tələbkarı tapa bilməmişdir. Bundan əlavə pandemiya dövründə bank vasitəsilə tələbkarın adına müəyyən məbləğdə ödənişlər etsədə tələbkar tərəfindən qəbul edilmədiyi üçün ona geri qaytarılmışdır. Sonradan tələbkar tərəfindən ona hesab nömrəsi verilmiş və onlar qarşılıqlı razılığa glmişlər. Onun heç vaxt icra məmurunun qanuni tələbindən yayınmaq məqsədi olmamışdır. Qalan borcunu isə hissə-hissə ödəyərək müəyyən müddət ərzində bağlayacaqdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara pul hissə-hissə ödənilir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(022)-1163/2017 saylı icra sənədindən görünür ki, 10400 (on min dörd yüz) manat pulun, 92 (doxsan iki) manat notariat xidmət haqqının və 20 (iyirmi) manat dövlət rüsumunun Şəxs tutularaq X3 verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş 25 may 2022-ci il tarixli aktdan görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən 900 manat pul vəsaiti tələbkara təqdim edilməsi üçün icra məmuruna təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1842/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1842/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver