Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1843/2020 10.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Hüseynov Böyükağa Sabir oğlunun barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Hüseynov Böyükağa Sabir oğlu şikayətlə məhkəməyə müraciət edərək xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir. Hüseynov Böyükağa Sabir oğlu tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edirəm ki, Hüseynov Böyükağa Sabir oğlunun şikayəti aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, şikayətçi Hüseynov Böyükağa Sabir oğlunun yaşayış yeri Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi 53-dür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş şikayətin Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüseynov Böyükağa Sabir oğlunun barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında prtokoldan şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1843/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1843/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver