Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1848/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 91, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 19.05.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 17.820,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 15.05.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən “Polyplast Novomoskovsk LTD” şirkəti arasında 26.11.2019-cu il tarixli, 2019-26/11 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə verilmiş 08.05.2020-ci il tarixli, 78 saylı proforma-invoysla bağlı həmin şirkətin hesabına 15.05.2020-ci il tarixdə MMC-nin "xxxx" ASC-də olan hesabından 17.820,00 ABŞ dolları qabaqcadan ödəniş kimi köçürülmüşdür. Bu ödənişlə bağlı alınmış mallar 25.05.2020-cu il tarixdə ölkəyə idxal edilmiş, bununla bağlı gömrük bəyannaməsi rəsmiləşdirilərək banka vaxtında təqdim olunmuşdur. Lakin, nədənsə bank tərəfindən Mərkəzi Banka guya həmin pul köçürməsi ilə bağlı malların ölkəyə vaxtında idxal olunmamasına dair məlumat verilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən 13.05.2022-ci il tarixdə Mərkəzi Banka təqdim edilmiş məlumatda Şəxs MMC-nin 15.05.2020-ci il tarixdə 17.820,00 ABŞ dolları göndərildiyi, lakin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur; Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiyada yerləşən “Polyplast Novomoskovsk LTD” şirkətinin hesabına 26.11.2019-cu il tarixli, 2019-26/11 saylı müqavilə üzrə 08.05.2020-ci il tarixli, 78 saylı proforma-invoys əsasında 15.05.2020-ci il tarixdə əvvəlcədən ödəniş kimi 17.820,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; “Polyplast Novomoskovsk LTD” şirkəti tərəfindən tərtib edilmiş 08.05.2020-ci il tarixli, 78 saylı proforma-invoysda satılan malların ümumi dəyəri 17.820,00 ABŞ dolları, çəkisi isə 54.000 kq göstərilmişdir; 01201000148233 saylı gömrük bəyannaməsinə görə Rusiyada yerləşən “Polyplast Novomoskovsk LTD” şirkəti tərəfindən Şəxs MMC-yə 26.11.2019-cu il tarixli, 2019- 26/11 saylı müqavilə və 08.05.2020-ci il tarixli, 78 saylı proforma-invoysla bağlı 17.820,00 ABŞ dolları dəyərində, 54.000 kq çəkidə mallar 25.05.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, sənəd üzərində "xxxx" ASC tərəfindən qeyd aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Rusiyada yerləşən “Polyplast Novomoskovsk LTD” şirkətinin hesabına 26.11.2019-cu il tarixli, 2019-26/11 saylı müqavilə üzrə 08.05.2020-ci il tarixli, 78 saylı proforma-invoys əsasında 15.05.2020-ci il tarixdə əvvəlcədən ödəniş kimi 17.820,00 ABŞ dolları məbləğində pul göndərmiş və bu vəsait hesabına alınan mallar 25.05.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1848/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1848/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver