Məhkəmə qərarları › İş №3(006)-1848/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1848/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1848/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən qəbul edilmiş 27 mart 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 27 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarla fiziki şəxs X1 Xətalar Məcəlləsinin 394.0.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov protestlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və X5 vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 394.0.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, protest vermiş şəxs və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmişlər. Eyni zamanda Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov məhkəməyə müraciət ünvanlayaraq protestin baxılmamış saxlanılmasını xahiş etmişdir. Vəsatəti nəzərə alaraq hesab edirəm ki, o, təmin edilməli və protest ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon prokuroru Fəxrəddin Pənahovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən qəbul edilmiş 27 mart 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verdiyi protest geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar