Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1849/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu X1 tərtib etmiş şəxs: Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldın kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 23.05.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 18.05.2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağında Zərərçəkmiş şəxs məxsus, dəyəri 250 manat olan “Realme C11” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirərək xırda talama etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs 18.05.2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun bağında Zərərçəkmiş şəxs məxsus dəyəri 250 manat olan “Realme C11” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirmişdir. Əməldə cinayət tərkibi olmadığından 23.05.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 18.05.2022-ci il tarixdə, təxminən saat 13 radələrində dostu Azər və tanışı Ramal ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun parkında olarkən yemək yemiş, həmin zaman Ramal əhvalı pis olduğu üçün musiqiyə qulaq asmaq adı ilə ondan ondan “Realme C11” markalı mobil telefonunu istəmişdir. O da ona bu telefonu vermişdir. Ramal da musiqiyə qulaq asaraq ətrafda gəzmiş, lakin bir müddət sonra onu aşkar etmişdir. Mobil telefonuna dəfələrlə zəng etsə də, zəng çatmamış, sonra Ramalın mobil nömrəsinə zəng etmiş, lakin onunla da əlaqə saxlaya bilməmişdir. Bundan sonra anlamışdır ki, Ramal onu aldadaraq telefonunu özü ilə aparıb. Həmin telefonun üzərində ***-***-**-**, ***-***-**-** saylı GSM nömrələr olmuş, telefonun dəyəri 250 manatdır. Ona vurulmuş zərər ödənilməmiş, telefonu qaytarılmamış, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 15 gündür Naxçıvandan Bakıya gəlib müxtəlif yerlərdə fəhlə işləyir. Bakı şəhərində gündəlik verilən evlərdə kirayə yaşayır, Kamranı da işlədiyi yerdən tanımışdır. 18.05.2022-ci il tarixdə, saat 13 radələrində Kamranla birlikdə S.Vurğun parkında olmuş, birgə yemək yemişlər. Sonra onun özündə sadə telefon olduğu üçün Kamrandan telefonu istəmişdir ki, mahnıya qulaq assın. Kamran da telefonunu ona vermişdir. Bu zaman onun ağlına gəlmişdir ki, pula ehtiyacı var və telefon onda olmuşkən aparıb satıb pul əldə etsin. Kamranın başı qarışıq olduğundan oradan uzaqlaşaraq getmiş və həmin günü telefonu metronun “Nizami” stansiyasının yaxınlığında tanımadığı şəxsə 90 manata satmışdır. Vurulmuş zərəri işləyərək ödəyə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini səciyələndirən halları, əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.05.2022-ci il tarixdə, saat 15:00-da tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 22.05.2022-ci il tarixdə, saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1849/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1849/2022
23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver