Məhkəmə qərarları › İş №3(006)-1853/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1853/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1853/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Nəsimi rayon İcra şöbəsinin icra məmuru protokolu tərtib etmiş: X1 Barəsində inzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon MKTB-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon MKTB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Bakı şəhəri Nəsimi Rayon MKTB Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-325/2021 saylı icra vərəqəsini dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra etməmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-325/2021 saylı icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyaları çıxarılmalı, aparılmış tikinti qanunsuz hesab edilərək ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehlər Bakı şəhəri Nəsimi Rayon MKTB və 51 saylı MKİS-in üzərilərinə qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, məhkəmə qərarının icrası dəfələrlə cavabdehlərdən tələb olunsa da, icra sənədi bugünə qədər icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri Nəsimi Rayon MKTB-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-325/2021 saylı icra sənədində göstərilən ünvan 1 ünvanda zibit qutuları mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, icra məmuru tərəfindən Bakı şəhəri Nəsimi Rayon MKTB-in nümayəndəsinin izahatında göstərilən hallar araşdırılmamışdır. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon MKTB barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar