Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1855/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 02 may 2024-cü il tarixli MN saylı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs tərəfindən X4 17 iyun 2023-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış və həmin vaxt Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsində X4 etdiyi müraciət araşdırılaraq məlum olmuşdur ki, hüquqi şəxs Şəxs tərəfindən 17 iyun 2023-cü il tarixdə əmək fəaliyyətini yerinə yetirən zaman xəsarət almış və həmin vaxt Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan fakt üzrə dərhal X10 Xidməti əməkdaşları tərəfindən sənədləşmə işləri aparılmış və daha sonra 02 may 2024cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Həmin fakt şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Qeyd olunanların nəzərə alınaraq, hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan X7 tərəfindən Göygöl rayon Polis Şöbəsinə ünvanlanmış izahatdan görünür ki, o, yay aylarında “Yol Tikintiservis“ MMC-də fəhlə kimi işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə onlara işləmək üçün Daşkəsənə gedəcəkləri deyilmiş və o işlədiyi şirkətin Göygöl rayonu Kərəmli kəndində yerləşən kampına getmişdir. O, kampda olan zaman həmkəndlisi Radik adlı şəxs onu çağıraraq ona kömək etməsini istəmişdir. O isə Radik adlı şəxsə belinin ağrıdığını desə də, o, traktorun dəmirini götürüb kənara qoymağa ona kömək etməsini xahiş etdiyi üçün ona kömək etmişdir. Onlar dəmiri kənara qoyan zaman Radik dəmirin ona tərəf olan hissəsini tez buraxdığı üçün dəmir yerə düşmüşdür. O həmin vaxt əlini tam dəmirin altından çəkə bilməmiş və barmağı dəmirin altında qalaraq qopmuşdur. Daha sonra onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya apardmışlar və orada barmağını amputasiya etmişlər. Həmin vaxtdan sonra şirkətdə sahə rəisi işləyən Turan və şirkətin rəhbəri olan Zülfüqar adlı şəxslər mənə şikayət etməməyi mövzusunda xahiş etmişlər. O həmin vaxtdan sonra 2 ay işlədiyi şirkətdən maaş alsa da sonradan onu işdən çıxartmışlar. O həmin vaxtdan sonra iş tapa bilməmiş və onu həmin şəxslər işlə təmin etmədikləri üçün şikayət etməmişdir. İş materiallarında olan X8 tərəfindən Göygöl rayon prokurorluğuna ünvanlanmış izahatdan görünür ki, o, 02 noyabr 2021-ci il tarixdən ünvan 3i ərazisində yerləşən "xxxx" MMC-də qaynaqçı işləmişdir. O həmin şirkətdən aylıq 600 manat əməkhaqqı almış, onun və digər işçilərin əməkhaqqıları nağd şəkildə ödənilmişdir. Onun həmin şirkətdə işləməyi ilə bağlı əmək müqaviləsi vardır, lakin əmək müqaviləsinin konkret olaraq nə vaxt bağlanmasını bilmir. Qaynaqçı olaraq işlədiyi "xxxx" MMC Göygöl rayonunun Tülallar kəndi ərazisindən çıxarılan filizin Daşkəsən rayonu, Çovdar kəndi ərazisində yerləşən zavoda daşınmasını həyata keçirir. O isə qaynaqçı kimi yük daşınmasında istifadə edilən avtomobillərin sınan yerlərini təmir və qaynaq etməklə məşğul olur. X6 həmkəndlisi kimi uşaq yaşlarından tanıyır. Onunla münasibətləri həmişə həmkəndli kimi yaxşı olmuş, aralarında ədavət və düşmənçilik, digər münaqişə və mübahisə olmamışdır. Mahiyyəti üzrə bildirir ki, Siyavuş Yusibov 2023-cü ilin təxminən yanvar-fevral aylarından onun işlədiyi həmin şirkətə fəhlə kimi işə qəbul edilmişdir. O, fəhlə olduğundan “Yol Tikinti Servis" MMC-nin işçilərinin yaşaması, istirahət etməsi, yemək yeməsi, eləcə də yük avtomobilləri və digər texnikalarının saxlanılması üçün ünvan 3i ərazisində yerləşən kampının ərazisinin təmizliyinə nəzarət edir, digər işlərdə köməlik lazım olduqda həmin işləri yerinə yetirir. 17 iyun 2023-cü il tarixdə kamp ərazisində şirkətə məxsus yük avtomobillərinin sınmış hissələrini qaynaq edərkən həmin işlərdə ona köməklik etməsi üçün Siyavuş Yusubov ona köməkçi təyin edilmişdir. Qeyd edir ki, hər gün səhər saatlarında kamp ərazisində görüləcək işlərin bölgüsü aparılır və həmin işləri yerinə yetirməli olan şəxslər təyin edilir. Həmin gün də kampda “nəqliyyat rəisi” kimi adlandırdığı, lakin vəzifəsinin adını dəqiq bilmədiyi Elşad adlı şəxs Siyavuşu ona köməkçi təyin etmişdir. Həmin gün saat 11 radələrində o, şirkətə məxsus olan ekskovatorlardan birinin sınmış qoğuşunu qaynaq edərkən Siyavuşdan dəmir hissəni yuxarı qaldırmaqda ona köməklik etməsini xahiş etmişdir. O və Siyavuş uzunluğu 1 metr 50 santimetr, eni 25 santimetr, ağırlığı isə 30 kiloqram olan dəmir materialdan hazırlanmış lövhəni qaldırıb ekskovatorun qoğuşunun üzərinə qoymuşlar, həmin vaxt Siyavuşun tutduğu hissədən həmin lövhə sürüşüb onun sağ əlinin üzərinə düşmüş və onun əlinin ikinci barmağından qan axmağa başladı. Həmin vaxt “nəqliyyat rəisi” Elşad Siyavuşu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Hadisədən sonra Siyavuş təxminən 2 ay işə gəlməmiş, lakin onunla eyni kənddə yaşadıqları üçün tez-tez onu görmüşdür. Söhbət zamanı o, işə gəlməsə də əmək haqqı almasını bildirmişdir. İki aydan sonra Siyavuş yenidən işə gəlmiş, qısa müddət sonra isə oradan işdən çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya” X14 Şəxsin Göygöl rayon şöbəsinin rəisi Sabir Qasımov tərəfindən Əmək və Əhlainin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə Daşkəsən reginal şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış 12 aprel 2024-cü il tarixli, 181 saylı məktubunun surətindən görünür ki, X2 rayon Polis Şöbəsinin, TB-nin təhqiqatçısı Nizami Şəbəndəyevin xx.xx.2024-cü il tarixli HK-1/99 nömrəli qərarı əsasında xx.xx.2024cü il tarixdə “MTE və PA” Birliyinin PHŞ-nin Göygöl rayon Şöbəsində məhkəmə tibbi ekspertizadan keçirilmişdir. Məhkəmə tibbi müayinə zamanı onun bədən səthində aşkar edilmiş - sağ əlin İİ barmağının (dırnaq falanqası səviyyəsində) travmatik amputasiyası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. X4 bədəni üzərində müəyyən edilmiş xəsarətin özünün dediyi şəraitdə - yəni barmağının ağır dəmir parçasının altında qalması nəticəsində əmələ gəlməsi istisna edilmir. xx.xx.2023-cü il tarixdə X7 müayinə olunarkən aldığı xəsarəti - Zülfüqar adlı şəxsin rəhbərlik etdiyi “Yol tikintiservis" şirkətində işləyərkən ehtiyyatsızlıqdan almasını söyləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.118.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X7 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən: 1.İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə hüquqi şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Elməddin Hüseynov