Məhkəmə qərarları › İş №3(006)-1858/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1858/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1858/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı şəhəri Reklam İdarəsinin tərtib etmiş qurum: nümayəndəsi X2 iştirakları ilə xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********), Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 11, ev 43-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 190 saylı ünvanda yerləşən “Qlobus” adlı obyektdə quraşdırılmış reklamla bağlı Bakı şəhər Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli, 11-3-1/2-1129/2024 saylı göstərişini yerinə yetirməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 190 saylı ünvanda yerləşən “Qlobus” adlı obyektin qaşısında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Belə ki, Şəxs həmin obyektdə qanunvericiliklə icazə verilməyən səyyar reklam yayınmlamışdır. Daha sonra həmin Qanunun 4.8-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.2-ci bəndinə müvafiq olaraq aktda qeyd olunan pozuntuların dərhal aradan qaldırılması, 5 gün ərzində qanunvericiliyin tələblərinə cavab verməyən reklamın yayımlanmasının dayandırılması tələb edilmiş, əks təqdirdə 01 iş günü ərzində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmiş və bununla bağlı göstəriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Lakin göstərilən müddət ərzində buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən 07 may 2024-cü il tarixdə, saat 16:50 radələrində təkrar bu obyektə baxış zamanı Bakı şəhər Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli, 11-3-1/2-1129/2024 saylı göstərişinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan Şəxs bildiriş göndərilsə də, o, məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • 22.04.2024-cü il tarixli Akta və ona əlavə edilmiş şəkillərə əsasən həmin günü saat 12:10-da Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 190 saylı ünvanda yerləşən “Qlobus” adlı obyektin qaşısında qanunvericiliklə nəzərdə tutulmayan bir ədəd 2,25 m2 ölçüdə səyyar reklam yerləşdirilməsi aşkar edilmişdir; • Bakı şəhər Reklam İdarəsinin Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli göstərişində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3-cü bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.2-ci bəndinə müvafiq olaraq aktda qeyd olunan pozuntuların dərhal aradan qaldırılması, 5 gün ərzində qanunvericiliyin tələblərinə cavab verməyən reklamın yayımlanmasının dayandırılması tələb edilmiş, əks təqdirdə 1 iş günü ərzində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir; • “1676 Express” poçt xidməti tərəfindən təqdim edilmiş 008884 saylı qaiməyə görə bu məktub xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, X4 küçəsi, 190 saylı ünvana təqdim edilmişdir; • xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi, 190 saylı ünvanda yerləşən “Qlobus” adlı obyektdə 07 may 2024-cü il tarixdə, saat 16:50-də Bakı şəhər Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli, 11-3-1/2-1129/2024 saylı göstərişi yerinə yetirilməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na görə: • Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix- Memarlıq və ”Qala”Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir (1.2-ci bənd); • Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə (3.5-ci bənd): • reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi) uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) (3.5.1-ci bənd); • bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür (3.5.2-ci bənd). • Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir (3.7-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 2.2-ci bəndinə əsaəsn reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir. İşdən aydın olur ki, reklam yayıcısı olan Şəxs Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən açıq məkanda icazəsiz reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar