Məhkəmə qərarları › İş №3(006)-1865/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1865/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1865/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs EQ ******* saylı inzibati xəta haqqında elektron qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair 03.03.2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin DYP veb portalı çıxarışından görünür ki, Şəxs oğlu EQ ******* saylı inzibati xəta haqqında elektron qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında inzibati qaydada cərimə edilmiş və həmin cəriməyə 30 manat dəbbə pulu hesablanmışdır. Lakin Şəxs edilmiş xəbərdarlığa baxmayaraq yuxarıda qeyd olunmuş qərarları qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə icra etməmişdir. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon X7 Şöbəsinin polis mayoru X3 tərəfindən tərtib edilmiş 17.06.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər protokollarla tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması kimi inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov İş № 3(006)-1150/2018 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 28 dekabr 2018-ci il Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş materiala Nəsimi rayon məhkəməsinin binasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 12:00-da açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsədə, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə yerində müşavirə edərək qərara alır: Azərbaycan Respublikası İXM-nin 61.3-ci maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş üzrə məruzə edərək, bildirir ki, X4 MMX ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1- 1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair 19.01.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 28 dekabr 2018-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-1150/2018 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 20 iyun 2018-ci il Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş materiala Nəsimi Rayon Məhkəməsinin binasında baxılır. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. İclas saat 09:15-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə yerində müşavirə edərək qərara alır: Barəsində inzibati xəta haqqında icraat aparılan X1 iştirakının təmin olunması üçün məhkəmə iclası 28 dekabr 2018-ci il tarixə, saat 12:00-a təxirə salınsın, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqana məlumat verilsin. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 20 iyun 2018-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar