Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1868/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP ******* saylı, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 04.01.2022-ci il tarixli, İXP ******* saylı, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP ******* saylı və Suleimanov Suleiman barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 20.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolları və ona əlavə olunmuş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs, X2, X1 və Suleimanov Suleiman barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi üzrə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İnzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onlar geri qaytarılmalıdır. Belə ki, ayrı-ayrı şəxslər barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP ******* saylı, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 04.01.2022-ci il tarixli, İXP ******* saylı, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 05.01.2022-ci il tarixli, İXP ******* saylı və Suleimanov Suleiman barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib edilmiş 20.12.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1868/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1868/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver