Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1869/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: X13 Şöbəsinin nümayəndəsi X4 Zərər çəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Salyan rayonu, 20 Yanvar küçəsi, ev 173-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələri üzrə tərtib olunmuş 23.05.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 may 2022-ci il tarixdə, saat 08:51 radələrində sürücülük hüququ olmadan «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan orada dayanmış «VAZ 21063» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəyməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X7 izahatında göstərdi ki, avtomobil yuyucusu işləyən Şəxs 20 may 2022-ci il tarixdə, saat 08:51 radələrində avtoyuma məntəqəsinə verilmiş X2 məxsus «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə riayət etməyərək geriyə hərəkət edən zamanı avtomobilin arxa tərəfi ilə orada dayanmış «VAZ 21063» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə hər iki maşına zərər yetirilmişdir. Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında göstərdi ki, o, 20.05.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «RAHAT» supermarketin yaxınlığında idarə etdiyi «VAZ 21063» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Bir neçə müddət sonra qarşısındakı «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxaya hərəkət etdiyini görərək siqnal verib hərəkəti dayandırmağı bildirmək istəsə də, sürücü buna məhəl qoymayaraq hərəkətə davam etmiş və onun maşının əzmişdir. Ona vurulmuş zərər ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək izahatında bildirdi ki, 20.05.2022-ci il tarixdə, saat 08:51 radələrində «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtoyuyucu kimi işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 161 saylı məhəllədə yerləşən avtoyuma mərkəzinə gətirilmişdir. O, avtomobili arxaya hərəkət etdirərkən ehtiyatsızlıqdan arxada dayanmış «VAZ 21063» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur. Əməlindən səmimi peşmandır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir. Təqdim edilmiş materiallarda olan: - 23.05.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və tərtib edilmiş sxemdən görünür ki, 20.05.2022-ci il tarixdə, saat 08:51-də Şəxs Nəsimi rayonu, Cavadxan küçəsində «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirərkən arxada dayanmış vəziyyətdə olan «VAZ 21063» markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir; - 20.05.2022-ci il tarixli arayışa əsasən Şəxs məxsus sürücülük vəsiqəsi mövcud deyil; - AC 031070 saylı, 21.11.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «HYUNDAİ VERACRUZ MİNİK» markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini onun İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə dair işə baxılması həmin Məcəllənin 43-cü maddəsinə görə məhkəmənin səlahiyyətinə deyil, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, bu məsələyə hüquqi qiymətin verilməsini məqdədəuyğun hesab edilmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş əməlin törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1869/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1869/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver