Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1874/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Bakı Nəqliyyat Agentliyinin 05 may 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Nəqliyyat Agentliyinin 05 may 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilərək onun ləğv olunması xahiş edilir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, şikayətdə onu vermiş şəxsin kimliyi göstərilmədiyindən və imzalanmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Bakı Nəqliyyat Agentliyinin 05 may 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1874/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1874/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver