Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1875/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.A.Əhmədov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)- 57/2023 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs (iddiaçı) X2 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilmiş, işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmişdir. Könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu "xxxx" ASC-nə inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasını təmin olunması tələb olunmuşdur. Bundan sonra Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ilə "xxxx" ASCnin şikayəti təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ləğv edilmiş, həmin qərardadla işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmiş, ərizəçi (iddiaçı) M.D.Məmmədovun müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin üzərində məhkəmə tərəfindən qoyulmuş hər hansı öhdəlik olmadığından ASC barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi C.T.Aslanov öz izahatında bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı icra sənədinə əsasən iddiaçı M.D.Məmmədov tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə "xxxx" ASC-yə qadağan edilmişdir. Bundan sonra ASC tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ilə "xxxx" ASC-nin şikayəti təmin edilərək müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Həmin qərardadı məhkəməyə təqdim edir. Göründüyü kimi icra sənədi məhkəmə tərəfindən ləğv edildiyindən ASC tərəfindən hər hansı öhdəliyin yerinə yetirilibyetirilməməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs (iddiaçı) M.D.Məmmədov tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilmiş, işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16(006)-57/2023 saylı qərardadına əsasən "xxxx" ASC-nin şikayəti təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ləğv edilmiş, həmin qərardadla işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmiş, ərizəçi (iddiaçı) M.D.Məmmədovun müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı icra vərəqəsinə əsasən maraqlı şəxs (iddiaçı) X2 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə təmin edilmiş, işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə borcluya göndərilmişdir. Könüllü müddət ərzində məhkəmə qərarı icra edilmədiyi üçün borclu "xxxx" ASC-nə inzibati məsuliyyət barədə xəbərdarlıq göndərilərək icra sənədinin icrasını təmin olunması tələb olunmuşdur. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədi borclu tərəfindən icra edilmədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ilə "xxxx" ASC-nin şikayəti təmin edilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-16(006)-57/2023 saylı qərardadı ləğv edilmiş, həmin qərardadla işə (e-2(006)-586/2023 saylı əlaqəli mülki iş) mahiyyəti üzrə baxılıb qutarana kimi Qobustan rayon, Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına **********00 194 nömrəli abonent kodu üzrə elektrik enerjisindən istifadə cavabdeh tərəfindən bərpa edilməli və elektrik enerjisindən istifadənin dayandırılması (kəsilməsi) cavabdehə ("xxxx" ASC-yə) qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri ləğv edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16(006)-57/2023 saylı qərardadı ilə ləğv edildiyindən həmin icra sənədinin qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi hal-hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1875/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1875/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver