Məhkəmə qərarları › İş №3(006)-1876/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1876/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1876/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolundan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolundan ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(004)-1973/2022 saylı qərardadı ilə (Hakim R.M.Daşdəmirov) şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1592/2022 saylı qərardadı ilə (Hakim B.Ə.Pənahov) A.K.Paşayev barəsində Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1592/2022 saylı qərardadı ilə (Hakim B.Ə.Pənahov) A.K.Paşayev barəsində Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-1876/2022 saylı qərardadı ilə (Hakim B.Ə.Pənahov) A.K.Paşayev barəsində Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)-2882/2022 saylı qərardadı ilə (Hakim H.A.Səfərov) A.K.Paşayevin inzibati iş üzrə qərardan verdiyi şikayət üzrə Nəsimi Rayon Məhkəməsindən daxil olmuş işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1780/2022 saylı qərarı ilə (M.D.Əkbərov) A.K.Paşayevin barəsində İXM-nin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi A.K.Paşayev şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə üzrə idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixində, saat 10:00-10:30 radələrində Nəsimi rayonunun ərazisində, Mərdanov Qardaşları küçəsi ilə hərəkət edərkən, qarşıdakı Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində Antonin Prokesin idarə etdiyi “Şkoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobillə avto-qəza hadisəsi baş vermişdir. Avto-qəza hadisəsinin baş verməsinə səbəb kimi Nəcəf bəy Vəzirov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan Antonin Prokesin idarə etdiyi “Şkoda Kodiaq” markalı avtomobilinin onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə qəflətən qabaq sağ yan tərəfdən zərblə çırpılması olmuşdur. Onun idarə etdiyi avtomobilini çırpılmadan sonra, hətta yolun kənarında quraşdırılmış məhəccərə qədər sürüdüb aparmışdır. Qəza zamanı “Skoda Kodiaq” markalı avtomobilin sürücüsünün mobil telefon ilə danışa-danışa avtomobildən düşdüyünün şahidi olmuş, hətta telefonla danışarkən şən əhval-ruhiyyədə olması və baş vermiş hadisəyə qeyriadekvat hərəkəti ilə onda Antonin Prokesin avtomobilini idarə edərkən avtomobili telefola danışa-danışa idarə etməsi və içkili olması ehtimalı yaratdı (bu faktı təsdiq edən foto-şəkil maddi-sübut olaraq məhkəməyə təqdimediləcəkdir). Hadisədən təxminən 5 dəqiqə sonra o, DİN-nin “102 qaynar xətti”nə avto-qəza hadisəsi barədə məlumat vermişdir. O, hərəkətdə olduğu M.Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində Az. Res. DYP-nin quraşdırdığı “İşıqforun” işləməməsini nəzərə alsaq (işıqfor hal-hazırda da işləmir), quraşdırılmış digər "Stop” nişanına əməl etməklə əvvəlcə avtomobilini piyada keçidi zolağına çatmamış dayandırmış, sonra isə gözlə görünən məsafədə baş yolda hər hansı avtonəqliyyat vasitəsini olmadığını görüb yol kəsişməsini keçməyə başlamışdır. Əsas məsələ ondan ibarətdir ki, M.Qardaşları küçəsinin eninin təxminən 8 metr, Nəcəf bəy Vəzirov küçəsinin isə yolun eninin təxminən 6 metr olması hamıya məlumdur. Həmçinin bildirmişdir ki, o, idarə etdiyi avtomobillə həmin kəsişmədəki yolun 4-5 metrliyində olarkən qəflətən həmin avto-qəza baş vermişdir. Həmçimim, Antonin Prokesin avlomobilini yüksək sıirəllo idarəetməsi birbaşa qəzanın qaçılmaz olaraq baş verməsinə əsas səbəb kimi dəyərləndirilməmişdir. Bundan başqa o, bildirmişdir ki, M.Qardaşları küçəsi boyunca Bakı Tikiş Evinin inzibati binası yerləşmişdir. İnzibati bina məhz M.Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsinə qədər uzanır. Belə ki, inzibati binanın hərəkətdə olduğu küçənin yol kəsişməsinə qədər uzanması Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən avtomobilləri görmək imkanını məhdudlaşdırır. Bu isə birmənalı olaraq Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən bütün avtomobillərə sürət həddini aşmamağa, yol hərəkəti qaydalarını pozmamağa işarədir (hətta bu gündə hadisə yerinə baxış keçirilsə, həmin küçədə avtomobillərin surətlərini azaltdığını və təhlükəsizliklərini qoruduğu müşahidə edilər). Hətta onda Antonin Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilə bilərəkdən çırpılmasına əsaslı şübhə yaranmış, dərhal 102 qaynar xəttinə məlumat verdiyindən təxminən 20-30 dəqiqə sonra DYP-nin əməkdaşı hadisə yerinə gəlmiş və özünü Nəsimi rayonu DYP-nin əməkdaşı kimi təqdim etmişdir. O, həmin əməkdaşdan Antonin Prokesin içkili olub-olmamasının müəyyən etməsini tələb etdikdə sonuncu DYP xidmətininin istifadəsində olan alkotestrlə yoxlamaq əvəzinə, hətta özü ilə aparmalı olduğu halda hadisə yerinə gəlmiş sığorta şirkətinin əməkdaşı ilə onu və Antonini Nizami metrosu yaxınlığında yerlıəşən X3 göndərmiş, həmin məntəqənin həkimi onları qarşılayıb və heç bir laborator müayinə etmədən hər ikisinin içkili olmadığına dair rəy vermişdir. Bu faktla da Antonin Prokesin avtomobilini yüksək sürətlə idarə etdiyi zaman onun içkili olmasını sübut etmiş olur. Bundan başqa, o bildirmişdir ki, Nəsimi RPİ-nin əməkdaşı olan Rəşad Süleymanov tərəfindən protokol tərtib edilərək onu İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməsi qanunsuz və əsassızdır . Belə ki, İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati cərimə tətbiq edilməsi əks olunmuşdur. Lakin o, bildirdiyi kimi bütün qaydalara riayət edərək, orada “işıqfor” işləmədiyi halda, “dayan” işarəsinə riayət edərərək avtomobilini piyada keçidi zolağından öncə saxlamış və kəsişən baş yola nəzər yetirmiş, heç bir avtomobilin olmadığına tam əmin olduqdan sonra o, hərəkətini davam etdirmiş, bundan sonra yolun ortası ilə yüksək sürətlə üzərinə gələn Antonin Prokesin avtomobili onun idarə etdiyi avtomobili vurmuşdur. Digər tərəfdən hadisədən sonra Antonini vicdan oyanmış, yəni özünün təqsirli olduğunu bildiyi üçün ona mesaj yazmış və onun vəziyyətini soruşmuşdur. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsi, onun barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar çıxarılması və onun ödədiyi cərimənin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.K.Paşayev şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ-nin DYPŞ-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmiş, şikayət vermiş şəxs A.K.Paşayev şikayətinin həm giriş, həm də xahiş hissələrində inzibati tənbeh vermə haqqında iş üzrə qərarın deyil, inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nəsimi RPİ-nin X7 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar