Məhkəmə qərarları › İş №3(006)-1876/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1876/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1876/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili iş üzrə icraat aparılan şəxsin X2 müdafiəçisi: iştirakları ilə xx.xx.1956-cı il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" MTK-nın sədri vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 6a, mənzil 23-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 13 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MTK-nın sədri Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 03 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, bu mənzilin Zərərçəkmiş şəxs məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Zərərçəkmiş şəxs verilməsi cavabdeh "xxxx" MTK-nın öhdəsinə qoyulmuşdur. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. "xxxx" MTK-nın qanuni təmsilçisi Şəxs icra vərəqəsində qeyd olunan sənədləri tələbkara təqdim etsə də, daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilin dəyəri ödənilmədiyi üçün maliyyə arayışının və MTK-nın ümumi iclasının protokolunun etibarsız hesab olunduğunu göstərmiş və bunun nəticəsində həmin mənzil üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qərarı ilə "xxxx" MTK-nın üzərinə qoyulmuş öhdəliyi icra etməkdən və nəticədə vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsində maneçilik törədir. Bu səbəbdən də onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa olunan çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 03 otaqlı 38 nömrəli mənzili dəyəri tam ödəməklə əldə etmişdir. Lakin, sonradan bu bina tam inşa olunaraq istismara verilib dövlət tərəfindən qəbul edildikdən sonra MTK-nın sədri Şəxs ona həmin mənzil üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaqdan ötrü lazım olan sənədləri verməkdən boyun qaçırmışdır. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsi ilə onunla "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə ona məxsus olan bu mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, bu mənzilin ona məxsus olmasına dair MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin "xxxx" MTK-nın öhdəsinə qoyulmuşdur. Bundan sonra da MTK-nın sədri Şəxs göstərilən sənədləri ona verməkdən uzun müddət boyun qaçırmış və yalnız icra məmuru tərəfindən görülmüş təsirli tədbirlər nəticəsində qətnamədə qeyd olunan sənədləri təqdim etmişdir. O da həmin sənədləri xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə versə də, onun mənzili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmuş və səbəb kimi "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli müraciəti göstərilmişdir. Həmin müraciətdə Şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə məktub ünvanlayaraq guya onun tərəfindən mənzilin dəyəri ödənilmədiyi üçün maliyyə arayışının və MTK-nın ümumi iclasının protokolunun etibarsız hesab olunduğunu göstərilmişdir. Eyni zamanda Şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə məktub ünvalayaraq guya həmin mənzilin başqa şəxsə satıldığını bildirmişdir. Halbuki, o, bu mənzili təmir etdirib 10 ilə yaxındır ki, ailəsi ilə orada yaşayır. Göründüyü kimi, Şəxs öz qanunsuz hərəkətlərindən əl çəkmir, onun bu mənzil üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneçilik törədir, onu yenidən məhkəmələrə müraciət etməyə sövq edir, bununla da məsələni uzun müddət uzatmaq məqsədi güdür. Halbuki, məhkəmə qətnaməsinin də mahiyyəti ondan ibarətdir ki, həmin sənədlər ona təqdim edildikdən sonra o, bu sənədlər əsasında mənzilə dair mülkiyyət hüquqlarını rəsmiləşdirməlidir. Şəxs məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs vəkili X5 izahatında göstərdi ki, Şəxs heç bir qərəzli hərəkətə yol verməmiş, icra sənədi üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etmiş, tələb olunan sənədləri Zərərçəkmiş şəxs təqdim etmişdir. Zərərçəkmiş şəxs mənzil üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin hərəkətini aidiyyəti məhkəmədə mübahisələndirə bilər. Şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi onun hüququdur. O, hansısa orqanın hərəkətlərinə cavabdehlik daşımır. Bu işdə Şəxs heç bir təqsiri yoxdur, çünki, o, üzərinə düşən öhdəliyi icra edib. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Zərərçəkmiş şəxs məxsus olan ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 03 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, bu mənzilin Zərərçəkmiş şəxs məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Zərərçəkmiş şəxs verilməsi cavabdeh "xxxx" MTK-nın öhdəsinə qoyulmuşdur; • "xxxx" MTK-nın sədri Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 03 otaqlı 38 nömrəli mənzilə görə MTK-nın xəzinəsinə borcu yoxdur; • "xxxx" MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında bölüşdürülməsi barədə xx.xx.2023-cü il tarixli, 38 nömrəli protokol”dan Çıxarışa əsasən Zərərçəkmiş şəxs MTK-nın üzvlüyünə qəbul olunmuş, ona MTK-nın binasında Ceyhun Səlimov küçəsi, ev 16, ümumi sahəsi 116 m2 olan, 11-ci mərtəbədə yerləşən 03 otaqlı 38 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir; • Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Zərərçəkmiş şəxs ünvanlanmış müraciətdə göstərilmişdir ki, onun ünvan 1 evin 38 nömrəli mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ərizəyə əlavə olunmuş protokoldan çıxarış və maliyyə arayışının etibarsız hesab olunmasına dair "xxxx" MTK-nın xx.xx.2023cü il tarixli, 1 saylı məktubu daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, "xxxx" MTK-nın sədri Şəxs aşağıdakı əsaslara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs ünvan 1 ünvanda "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 03 otaqlı 38 nömrəli mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ona tələb olunan sənədlər MTK tərəfindən təqdim olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-678/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, bu mənzilin Zərərçəkmiş şəxs məxsus olmasına dair "xxxx" MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Zərərçəkmiş şəxs verilməsi cavabdeh "xxxx" MTK-nın öhdəsinə qoyulmuşdur. Qətnamənin bu hissədə mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələbkar Zərərçəkmiş şəxs "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun mülkiyyətçi kimi hüquqlarının tam realizə edilməsidir. Lakin cavabdeh "xxxx" MTK məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliklə bağlı tələb olunan sənədləri ilkin olaraq iddiaçı Zərərçəkmiş şəxs versə də, sonradan MTK-nın sədri Şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Zərərçəkmiş şəxs verilmiş protokoldan çıxarış və maliyyə arayışının etibarsız hesab olunmasını göstərməklə onun mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına maneçilik törətmişdir. Hüquqdan sui-istifadə edərək bu hərəkətləri ilə də o, maneə törətməklə vətəndaşın yenidən digər məhkəməyə müraciət etməsinə sövq edir və nəticədə məhkəmə qətnaməsi icra olunmamış qalır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MTK-nın sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə "xxxx" MTK-nın sədri Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK-nın sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar